
2026‑cı il fevralın 4‑də Əbu‑Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi beynəlxalq həmrəylik və qarşılıqlı anlaşma ideyalarının təşviqi baxımından mühüm hadisə kimi yadda qaldı. Azərbaycan RespublikasınınPrezidenti Cənab İlham Əliyevin bu mərasimdəki çıxışı sülhün, əməkdaşlığın və humanist dəyərlərin qlobal miqyasda təşviqinəçağırış kimi səsləndi. Dövlət başçısı qeyd etdi ki, “Şeyx Zayedinadını daşıyan mükafatı almaq mənim üçün böyük şərəfdir” vəonun uzaqgörən siyasətinin Birləşmiş Ərəb Əmirliklərinidünyanın ən uğurlu dövlətlərindən birinə çevirdiyini vurğuladı. Cənab Prezident İlham Əliyev bildirdi ki, bu inkişaf kursu bugün də davam edir və BƏƏ “sülh və harmoniya şəraitindəyaşayan, tarixi köklərinə bağlı, eyni zamanda gələcəyə yönələncəmiyyət qurmağın nümunəsidir”.
Çıxışında dövlət başçısı müasir beynəlxalq münasibətlər sistemində dialoqun və qarşılıqlı etimadın əhəmiyyətinə xüsusi diqqət yetirdi. O vurğuladı ki, münaqişələrin həlli yalnız siyasiiradə, ədalətə sadiqlik və konstruktiv əməkdaşlıq sayəsindəmümkündür. Cənab Prezident İlham Əliyev Azərbaycanınregionda sülh təşəbbüslərinə verdiyi töhfələrdən danışaraqbildirdi ki, Azərbaycan‑Ermənistan münasibətlərində əldəolunan irəliləyiş “hələ də müharibə şəraitində yaşayan ölkələrüçün yol xəritəsi kimi öyrənilməlidir”.
Dövlət başçısının fikrincə, insan qardaşlığı ideyası yalnız mənəvi çağırış deyil, həm də real siyasi məsuliyyətdir. Bubaxımdan Azərbaycan multikulturalizm, dini tolerantlıq vəbeynəlxalq əməkdaşlıq sahəsində topladığı təcrübəni qlobaldialoqa töhfə kimi təqdim edir. Eyni zamanda ölkə başçımızçıxışında sülhün alternativinin olmadığını, xalqlar arasındaqarşılıqlı hörmətin isə davamlı inkişafın əsas şərti olduğunuxüsusi vurğuladı.
Cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq regional sabitliyin və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə töhfə verməkdə qərarlıdır. Onun “sülh mümkündür” məzmunlu mesajı yalnızregion üçün deyil, bütün dünya üçün ümidverici çağırış kimisəsləndi. Müasir dövrdə artan qarşıdurmalar fonunda bu çağırışhumanist dəyərlərin qorunmasının və birgə gələcəyinqurulmasının vacibliyini xatırladır.
Beləliklə, Əbu‑Dabidə səslənən fikirlər göstərdi ki, davamlı sülh siyasi iradə, ədalətli yanaşma və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq yolu ilə mümkündür. Azərbaycan isə buyolun fəal iştirakçısı kimi qlobal dialoq və insan həmrəyliyinaminə səylərini davam etdirəcək. Dövlət başçısının çıxışı sübutetdi ki, yalnız birlik, qarşılıqlı anlaşma və humanist dəyərlərəsadiqlik vasitəsilə dünya daha təhlükəsiz və sülh dolu bir yerəçevrilə bilər. Bu baxımdan, “Sülh mümkündür” çağırışı həmideya, həm də əməl olaraq beynəlxalq ictimaiyyət üçünnümunədir.
Tamerlan Qurbanov,
YAP Siyəzən rayon təşkilatının məsləhətçis



