AnalitikaGündəmSiyasət

Vətənpərvərlik ruhu Azərbaycan gəncliyinin ən böyük dəyəridir

2 Fevral – Azərbaycan Gəncləri Günü yalnız bir bayram tarixi deyil, eyni zamanda gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasına verilən önəmin simvoludur. Azərbaycan gəncliyi tarixən vətən sevgisi, dövlətə sədaqət və milli ruhu ilə seçilmişdir.Vətənpərvərlik bu gün gənclərimizin ən güclü xüsusiyyətlərindən biridir. Dövlətçilik ənənələrinə bağlılıq, milli dəyərlərə hörmət və Azərbaycanın gələcəyinə inam gənclərin fəaliyyətində açıq şəkildə özünü göstərir.Bu gün gənclərin vətənpərvərlik ruhunda yetişməsi cəmiyyətin ümumi birliyinin və gücünün əsas şərtlərindən biri hesab olunur. Gənclərimiz ölkənin ictimai həyatında fəal iştirak etməklə yanaşı, milli maraqların qorunmasında, dövlətin inkişafında da mühüm rol oynayırlar.Xüsusilə son illərdə gənclərin dövlətçilik mövqeyi və milli həmrəyliyi daha aydın şəkildə hiss olunur. Onlar yalnız şəxsi inkişafları ilə deyil, eyni zamanda ölkənin gələcəyi naminə göstərdikləri səylə də seçilirlər. Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək həm sosial təşəbbüslərdə, həm də ictimai fəaliyyətlərdə fəallıq nümayiş etdirir.
Ulu Öndər Heydər Əliyevin gənclər siyasətində əsas məqsədlərdən biri də məhz vətənpərvər, savadlı və milli şüura malik gənc nəslin yetişdirilməsi olmuşdur. Bu siyasət bu gün də uğurla davam etdirilir və gənclərin dövlətə bağlı ruhda formalaşmasına geniş imkanlar yaradır.Prezident İlham Əliyev də gənclərin qarşısında daha geniş imkanların açıldığını vurğulayaraq onların bu imkanlardan istifadə edib dövlətə maksimum fayda verməli olduqlarını qeyd etmişdir. Bu çağırış Azərbaycan gəncliyinin üzərinə düşən məsuliyyəti bir daha artırır.Bu gün gənclər həm müasir dünyagörüşü, həm də milli dəyərlərə bağlılığı ilə seçilir. Onlar Azərbaycanın güclü gələcəyi naminə birlik və həmrəylik nümayiş etdirir, ölkəmizin inkişaf yolunda fəal mövqe tuturlar.
Azərbaycan gəncliyi milli dəyərlərə sadiq qalaraq, vətənə xidmət yolunda daim irəli addımlayır və bu ruh gələcəyimizin ən böyük təminatıdır.

Sevda Ağazadə,
Bakı Slavyan Universitetinin Sosial Elmlər və Regionşünaslıq fakültəsinin,Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Oxşar Xəbərlər

Back to top button