
2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının və diqqətin ən mühüm təzahürlərindən biridir. Bu əlamətdar tarix hər il Azərbaycan gəncliyinin cəmiyyət həyatında artan rolunu, dövlətin gələcəyə olan strateji baxışını bir daha ön plana çıxarır.
Bu gün gənclər Azərbaycanın inkişafında xüsusi yer tutur. Onlar təhsil, elm, idman, mədəniyyət və ictimai fəaliyyət sahələrində qazandıqları uğurlarla ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Müasir düşüncəli, təşəbbüskar və enerjili gənclik Azərbaycanın dinamik inkişafına yeni nəfəs gətirir.Son illər gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır. Təhsil imkanlarının genişlənməsi, gənclər təşkilatlarının fəaliyyəti, innovasiya layihələri və könüllülük hərəkatı bu sahədə mühüm rol oynayır. Gənclərimiz həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəallıqları ilə seçilir, müxtəlif platformalarda Azərbaycanın səsini ucaldırlar.Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandıraraq onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsini vacib hesab etmişdir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün gənclərin inkişafı dövlətin prioritet istiqamətlərindən birinə çevrilib.
Dövlət tərəfindən həyata keçirilən proqramlar, təqaüd imkanları və sosial dəstək mexanizmləri gənclərin potensialının üzə çıxmasına şərait yaradır. Bu diqqət və qayğı gənclərdə özünəinam hissini gücləndirir, onların gələcək hədəflərini daha inamla müəyyən etməsinə imkan verir.
Azərbaycan gəncliyi qarşısında açılan geniş imkanlar onların potensialını daha da artırır. Dövlət proqramları, sosial layihələr və təhsil təşəbbüsləri gənclərin öz bilik və bacarıqlarını reallaşdırmasına şərait yaradır.
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edir, onlara böyük uğurlar və parlaq gələcək arzulayırıq.
Sultan Məmmədli,
Bakı Slavyan Universitetinin Sosial Elmlər və Regionşünaslıq fakültəsinin,Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi



