AnalitikaGündəmSiyasət

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır “

Tarixi kontekstlərdə də qeyd edildiyi kimi bu ifadənin banisi elə YAP-ın qurucusu və ulu öndərimiz Heydər Əliyevə məxsusdur. Belə ki, YAP 21 noyabr 1992-ci il tarixində yaradılandan bir müddət sonra tarixdə daha bir imza qoyan liderimiz bu partiyanın təməlini təşkil edən həmin cümləni dilə gətirmişdir: “YAP dünənin, bu günün və sabahın partiyasıdır”. Lakin bəzi mənbələrdə ifadə belə də təqdim edilir: ” YAP dünənin, bu günün və gələcəyin partiyasıdır “. Beləcə, bu möhtəşəm ifadə bu cür meydana çıxmış, o zamandan etibarən YAP-ın sloqanına, rəmzinə çevrilmişdir. Bəs bu ifadə nəyi özündə ehtiva edir? Gəlin bu cümləyə bir bütün kimi yox, tamın hissələri kimi nəzər salaq. “Dünənin partiyasıdır” ifadəsi YAP-ın tarixi köklərinəvə ölkənin dövlətçiliyinin formalaşmasında oynadığı əhəmiyyətli roluna işarə edir. Eyni zamanda bu ifadə ilə adətən aşağıdakı məqamlar nəzərdə tutulur.
Yeni Azərbaycan Partiyası tarixi missiya daşıyır və siyasi irsimizin təməlidir. YAP ümummilli liderimiz Heydər Əliyevin ideyalarına söykənərək yaradılmışdır. Onu qeyd etmək lazımdır ki, bu partiya Azərbaycan xalqının ən ağır və çətin dövründə sanki ölkənin xilası üçün təşkilatlanmış siyasi qüvvə kimi ön plana çıxmışdır. Məhz bu səbəbdən də bizim üçün dəyərli və əhəmiyyətli mövqeyə malikdir. Ulu öndərimiz bizə buraxdığı mirasdır. YAP-ın qurulmasının ən önəmli funksiyalarından biri onun dövlətçiliyin möhkəmləndirilməsindəki müstəsna roludur. 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitlik və dövlət institutlarının yenidən qurulması kimi vacib məsələlər öz həllini tapmışdır. Bundan əlavə Azərbaycan Konstitusiyanın qəbul edilməsi, dövlət atributlarının bərpası, hüquqi dövlət quruculuğu kimi proseslərdə də YAP-ın aparıcı rolu olmuşdur.
Bildiyiniz kimi Konstitusiya 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə – referendum üsulu ilə qəbul edilmişdir. Məhz bu referendumdan sonra Konstitusiya 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minib. Bəs YAP bu işin harasındadır? Yeni Azərbaycan Partiyası bu qəbul prosesində həm liderlik, həm təşviqat baxımından önəmli rol oynamış kimi göstərilir. Bu arada YAP-ın işi bununla yekunlaşmır. Eyni zamanda YAP-ın konstitusiyada sonrakı zamanlarda dəyişikliklərə təşəbbüs göstərməsi partiyanın Konstitusiyanın inkişafında da fəal iştirak etdiyi göstərir ki, bununla bağlı irəlidə daha aydın informasiya veriləcəkdir.
Yeni Azərbaycan Partiyası müstəqilliyin qorunmasında, eləcə də, strateji əsasların yaradılmasında misilsiz xidmətləri olmuşdur. Bəs xidmətlər dedikdə tam olaraq nə diqqətə çatdırılır? Deməliyik ki, Azərbaycan iqtisadiyyatınınC bərpa olunması, neft strategiyasının formalaşdırılması, ordu quruculuğunun başlanması kimi addımlar YAP-ın dünənə aid olan tarixi xidmətləri sırasında yer alır. Bu sadalanan xidmətlər istənilən dövlətin bağımsız formalaşdırılmasına güclü şəkildə təsir göstərir. Məhz buna görə də Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi üçün uzunmüddətli inkişaf xəttinin təməli YAP-ın “dünəninə” aid dövrdə qoyulmuşdur. 1992-ci ilin 21 noyabrında Naxçıvan şəhərində YAP-ın təsis konfransı ulu öndərimiz partiyanın əhəmiyyəti bağlı aşağıdakı fikirləri söyləmişdir. Heydər Əliyev burada:
1) Azərbaycanın ağır vəziyyətini qiymətləndirmış;
2) YAP-ın yaranmasını “tarixi zərurət” adlandırmış;
3) Partiyanın əsas məqsədlərini müəyyənləşdirmiş və “xalqın partiyası” ifadəsini işlətmişdir.
Qeyd etmək lazımdır ki, bu nitq YAP-ın ideoloji əsasını təşkil edən ilk rəsmi çıxış hesab olunur.
Hamıya məlumdur ki, 90-illər Azərbaycan xalqı üçün ağır keçmişdir ki, bu keşməkeşli zəmanədə YAP milli həmrəyliyin təşkilatçısı kimi vacib bir rolu öz öhdəliyinə götürmüşdür. Bu dövrdə cəmiyyətdəki bərabərliyi və birliyi qorumaq, ölkədaxili siyasi parçalanmanın qarşısını almaq və sabitliyi təmin etmək YAP-ın əsas lazımlı funksiyalarından biri olmuşdur. Yuxarı hissədə YAP-ın bugünkü dövrdə də Azərbaycan Konstitusiyasında xüsusi dəyişikliklər edərək inkişaf etdirməsindən danışmışdıq ki, bu yeniliklərə aşağıdakılar daxildir. Belə ki, 2002-ci ilin 24 avqustunda təşkil edilən referendumun nəticəsində YAP-ın konstitusiyaya dair müəyyən islahatları olduğu büruzə çıxır. Daha aydın şəkildə desək, bu referendum nəticəsində bir sıra maddələrdə dəyişiklik edildi ki, insan hüquqları üçün əlavə təminatların yaradılMassı və məhkəmə hakimiyyəti gücləndirilməsi buna daxildir.
Eyni zamanda əhəmiyyətli hesab edilən yeniliklərdən biri də budur ki, Konstitusiyaya “İnsan hüquqları üzrə müvəkkil (ombudsman)” institutu daxil edilTmişdir ki, bu, bütün vətəndaşlara – həm hüquqi, həm də fiziki şəxslərə – Konstitusiya Məhkəməsinə birbaşa müraciət etməyə şərait yaratmışdır. Bir sözlə desək, “dünənin partiyası” ifadəsi Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqilliyinin bərpası, dövlətçilik ənənələrinin qurulması və ölkənin yaxın tarixi üçün həlledici əhəmiyyət daşıyan addımları ilə bağlıdır.
İndi isə gəlin ifadənin digər hissəsinin – “Bu günün partiyasıdır” – nə demək olduğuna aydınlıq gətirək. “Bu günün partiyası ” ifadəsi YAP-ın bugünkü dövrdə ölkənin siyasi sistemində oynadığı rolu və gündəlik dövlət idarəçiliyindəki mövqeyinə işarə edir. Bunlara ətraflı şəkildə aşağıdakı qaydada şərh edək.
1) Hakim siyasi komanda – bu o deməkdir ki, YAP hal-hazırda hakim partiya kimi dövlət idarəçiliyində əsas qərarverici qüvvələrdən biri kimi fəaliyyət göstərir. Belə ki, qanunvericilik, icra hakimiyyəti və yerli idarəetmə strukturlarında onun nümayəndələri geniş və layiqli şəkildə təmsil olunur.
2) Dövlət siyasətinin həyata keçirilməsi – dövlətimizin əsasını təşkil edən bir sıra yerlərdə iqtisadiyyatın istənilən sahələrində və ordu quruculuğu kimi sahələrdə aparılan dövlət siyasəti böyük ölçüdə YAP-ın siyasi duruşu ilə eynilik göstərir. Belə ki, bu gün ölkəmizin müasirləşməsi, rəqəmsallaşması və regional inkişafı ilə bağlı layihələrdə partiyanın rolu bariz şəkildə özünü büruzə verir. Yəni qısaca desək, “bu günün partiyasıdır” ifadəsi YAP-ın hazırda ölkənin siyasi və sosial həyatında aparıcı rol oynadığını bildirir.
İndi isə son olaraq ifadəmizin axırıncı hissəsini -“Gələcəyin partiyasıdır” – dedikdə ulu öndərimizin nəyi nəzərdə tutduğunu açıqlayaq. Bu ifadə YAP-ın gələcək hədəflərindəki davamlılığına və uzunmüddətli inkişaf strategiyasına işarə edir. Bu o deməkdir ki, partiyanın ideoloji xətti və dövlət quruculuğu modeli uzunmüddətli inkişaf konsepsiyasına əsaslanır ki, bu da onun nə qədər böyük əhəmiyyətə malik olduğunu vurğulayır. Yeni Azərbaycan Partiyası gənc nəsillərin dövlətə dair proseslərdə daha fəal şəkildə iştirak etməsinə xüsusi diqqət ayırır. Belə ki, hazırkı dövr yeni texnologiyalara uyğunlaşma kimi istiqamətləri özündə ehtiva edir ki, bu gələcəyə dair ən vacib fəaliyyətlərdən biridir. Bununla da kifayətlənmir. Yəni dünya səviyyəsində də YAP-ın funksiyası danılmazdır. Ölkəmizin bir çox sahələrində: iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində regional mərkəzə çevrilməsi YAP-ın qarşıya qoyduğunu məqsədlər ilə üst-üstə düşür.
O cümlədən, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş bölgələrin bərpası və yenidən qurulması kimi uzunmüddətli planlar da YAP-ın ideyalogiyasının aparıcı qüvvəsi kimi səciyyələndirilir. Bu da özündə onu göstərir ki,“gələcəyin partiyası”dedikdə YAP-ın uzunmüddətli hədəflərinin və gələcək inkişaf strategiyalarının mövcudluğundan xəbər verir. Bir ifadənin altında bu qədər dərin mənanın və dəyərli məlumatların yer alması belə ümummilli liderimizin necə kamil insan olduğunu göstərir. Onun bütün bunları düşünərək belə bir ifadəni meydana çıxarması və ən əsası bunu məhz partiyanın qurulduğu ərəfədə dilə gətirməsi heç də təsadüfi xarakter daşımır. YAP adını tarixə qızıl hərflərlə yazan bu böyük insanın – Heydər Əliyevin özündən sonrakı ən böyük mirasıdır ki, bu partiyaya sahib çıxmaq və qorumaq bizim ən ümdə vəzifələrimizdən biri olmalıdır.

Qaloyeva Firuzə,
Xəzər rayonu, 149 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button