
14 noyabr 2025-ci il tarixində YAP Mərkəzi Aparatının müvafiq tapşırığına əsasən YAP Siyəzən rayon təşkilatının inzibati binasında partiya fəalları ilə görüş keçirilmişdir.
Aktualinfo.az xəbər verir ki, görüşdə 14 nəfər partiya fəalı iştirak etmişdir. Görüş çərçivəsində çıxış edən rayon partiya təşkilatının sədri Samir Baxşiyev ilk olaraq partiya fəallarını qarşıdan gələn partiyamızın yaranmasının 33-cü il dönümü münasibəti ilə təbrik etmiş, YAP Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyyələrini fəalların diqqətinə çatdırmışdır.
Fəallarla Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı. Rəşadətli Azərbaycan ordusunun Qalib Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətin sosial platformalarda layiqincə təbliğinin daha yüksək səviyyədə inkişaf etdirilməsi istiqamətində xüsusi müzakirələr aparılmış, eyni zamanda fəallar da fikir mübadiləsində fəal iştirak etmişdilər.
Sonda partiya fəallarından olan İsaqova Günay Nəcməddin qızı və Əhmədova Ayşən Akif qızı YAP Siyəzən rayon təşkilatının fəaliyyətində fəal iştirak etdiklərinə görə fəxri fərman və hədiyələrlə təltif olundu və fəallarla birgə xatirə şəkli çəkildi.
Müstəqil Azərbaycanımızın banisi və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə və Ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin çox uğurlu siyasətinə sadiqlik, eyni zamanda dövlətimizin və xalqımızın maraqları naminə həyata keçirilən güclü siyasətimizin layiqincə təbliğ olunması YAP Siyəzən rayon təşkilatı Aparatının və fəallarının fəaliyyətinin qayəsini təşkil edir və edəcəkdir.







