AnalitikaGündəmSiyasət

Şuşa Günü –Qürurun və Zəfərin səsi

Şuşa Azərbaycanın Qarabağ bölgəsində yerləşən qədim və mədəniyyətlə zəngin  olan şəhəridir. Şəhər həm tarixi abidələri, həm də musiqi və incəsənət ənənələri ilə tanınır. Xüsusilə Azərbaycan klassik musiqisinin və muğam sənətinin beşiyi sayılır.  Bununla yanaşı Şuşa yalnız tarixi və mədəni əhəmiyyət kəsb etmir, o həm də Azərbaycan üçün simvolik olaraq azadlıq və qələbə rəmzidir. Şuşa, Azərbaycan xalqının zəngin mədəni irsini qoruyan və yaşadan bir şəhərdir. Şuşanın özünəməxsus memarlığı, musiqisi, ədəbiyyatı və rəngarəng incəsənətləri ilə tanınır. Bu şəhərdə anadan olan böyük sənətkarlar, şairlər və musiqiçilər Azərbaycanın mədəniyyətinə dərin izlər buraxmışdır.

Hər il 8 noyabr tarixi Azərbaycan üçün həm tarixi, həm də mədəni bir dönüş nöqtəsidir. Məhz bu gün Şuşanın azad edilməsi tarixi ilə yadda qalır. 2023-cü ilin iyulunda verilmiş sərəncamla  bu gün “Şuşa Şəhəri Günü” olaraq rəsmiləşdirilmişdir. Bu tarix mədəniyyət paytaxtının azadlıqla yenidən doğulduğu gündür. Bu gün təkcə hərbi qələbənin rəmzi deyil, həm də əsrlərlə qorunan milli kimliyin, mədəni irsin və vətən məhəbbətinin təntənəsidir. Şuşa şəhər günü, sadəcə bir tarixi hadisə deyil, həm də Azərbaycan xalqının keçmişinə, mədəniyyətinə, azadlıq mübarizəsinə və gələcəyinə olan bağlılığını göstərən bir gündür. Şuşa şəhəri, bu gündən etibarən Azərbaycanın mədəniyyət paytaxtı kimi bərpa olunmaqda və gələcək nəsillərə öz zəngin tarixini, mədəniyyətini və sənətini yaşatmaqda davam edəcəkdir. Şuşa sadəcə şəhər adı deyil, Şuşa ruhdur. Şuşa qələbədir, Şuşa Azərbaycandır.

Aynur  Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button