MaraqlıGündəmSiyasətSosial

Şəkidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici tədbir baş tutub

Oktyabrın 8-də Birinci Biləcik kənd tam orta məktəbində Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının Biləcikərazi partiya təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.

Aktualinfo.az xəbər verir ki, tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov,sədr müavini Ziya Vəliyev, təşkilatın əməkdaşı Vüqar Qafurov, Ərazi partiya təşkilat sədri Ramiz Bədiyev, məktəb direktoruElnarə Mustafayeva, Şəki şəhər İcra Hakimiyyəti Başçısının İkinci Biləcik kənd İƏD üzrə nümayəndəsi Tariyel Məmmədov,Bələdiyyə sədri Samir Xəlilov, müəllimlər və partiya fəallarıiştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, ərazi partiya təşkilat sədri Ramiz Bədiyev, YAPveteranı Ehtibar Aslanov bildiriblər ki, 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan olunması Azərbaycan Respublikasının dövlətçiliyi, hüquqi əsasları və müstəqilliyinin möhkəmləndirilməsi baxımından böyük tarixi və siyasi əhəmiyyət daşıyır, məqsəd hüquqi dövlət prinsiplərini və suverenlik ideyasını daha geniş şəkildə təbliğ etməkdir.

Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etmişdir.

 Çıxış edən natiqlər Azərbaycan dövlətçiliyinin tarixi inkişaf mərhələlərindən, Konstitusiyanın qəbulundan sonra həyata keçirilmiş islahatlardan və suverenliyin möhkəmləndirilməsi istiqamətində atılmış addımlardan danışıblar. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiyanın müstəqil Azərbaycan dövlətinin gələcək inkişaf yolunu müəyyən etməsi diqqətə çatdırılıb.

Natiqlər Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla, yeni nailiyyətlərlə davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən və antiterror əməliyyatından sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Azərbaycan regionda iqtisadi güc mərkəzinə çevrilib, beynəlxalq nüfuzu daha da yüksəlib. Bildirilib ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını əsas tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə və prinsipial şəkildə davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəliləyir.

Sonra YAP Şəki rayon təşkilatının fəalliyyətində səmərəli xidmətlərinə görə Tariyel Məmmədov, Ehtibar Aslanov və Yahya Əliyev Fəxri fərmanla təltif olunublar.

Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Oxşar Xəbərlər

Back to top button