AnalitikaGündəmSiyasət

19–20 sentyabr 2023: Qarabağda lokal antiterror əməliyyatı

2020-ci il Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Qarabağda qanunsuz erməni silahlı birləşmələri qalmaqda davam edirdi. Bu dəstələr atəşkəsi pozur, Azərbaycan hərbçilərinə və mülki əhaliyə qarşı təxribat törədirdi. Xüsusən mina terroru nəticəsində mülki şəxslərin həyatını itirməsi vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycan dəfələrlə xəbərdarlıq etsə də, separatçı qüvvələr silahı yerə qoymadılar. Nəticədə 19 sentyabr 2023-cü ildə lokal antiterror tədbirlərinə başlanıldı.19 sentyabr səhər saatlarından Azərbaycan Ordusu qanunsuz silahlı birləşmələrin döyüş mövqelərinə, hərbi obyektlərinə və texnikasına dəqiq zərbələr endirdi. Əməliyyat zamanı mülki əhaliyə və infrastruktur obyektlərinə zərər dəyməməsi üçün xüsusi diqqət göstərildi.Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində düşmən postları dağıdıldı, silahlı dəstələr təslim olmağa məcbur qaldı. 20 sentyabrda separatçı qüvvələr ağ bayraq qaldıraraq silah-sursatlarını təhvil verdilər. Qarabağda qanunsuz silahlı dəstələr tamamilə tərksilah olundu. Azərbaycan suverenliyi bölgədə tam şəkildə bərpa edildi. Ermənistanın dəstəklədiyi separatçı rejim fəaliyyətini dayandırdı. Qarabağın erməni icması ilə reinteqrasiya prosesinə start verildi. Əməliyyat zamanı Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid oldu. Onların qəhrəmanlığı Azərbaycan tarixinin şərəfli səhifəsinə yazıldı. 19–20 sentyabr əməliyyatı Azərbaycanın dövlətçiliyi və milli təhlükəsizliyi baxımından mühüm dönüş nöqtəsi oldu. Bu əməliyyatla: ölkənin ərazi bütövlüyü tam təmin edildi,regionda yeni təhlükəsizlik mühiti formalaşdı,sülh danışıqları üçün real zəmin yaradıldı.Qarabağda keçirilən lokal antiterror əməliyyatı Azərbaycanın qətiyyətini və gücünü göstərdi. 19–20 sentyabr 2023-cü il hadisələri bir daha sübut etdi ki, dövlətimiz öz suverenliyini təmin etməkdə qəti və prinsipial mövqedədir.

İlham Quliyev,
Yeni Azərbaycan Partiyası ,məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button