
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamışdır. Azərbaycan artıq suverenliyini bərpa etmişdir 2 il bundan əvvəl Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Xalqımız üzün müddətdən sonra müharibə şəraiti olmadan inkişaf edir.Ancaq bütün bunlar xalqımıza rahat başa gəlməyib.Xalqəmız çox əziyyətlər çəkmiş və ən sonda rahatlığa qovuşmuşdur.
Hər bir xalqın tarixində dərin iz qoymuş hadisələr olur. Azərbaycan xalqı ilk dövlətlərimiz yarandığı dövrdən öz ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparmış daima güclü dövlətlərimiz mövcud olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı və dövlətçiliyimiz bərpa olundu. 1920-ci ildə Sovet işğalı müstəqilliyimizə son qoysayda müstəqillik arzularımız heç bir zaman sönmədi. 1991-ci ildə 18 oktyabrda müstəqilliyimiz yenidən bərpa edildi. Müstəqilliyimiz bərpa edildikdən sonra erməni separatçıları havadarlarının dəstəyi ilə Azərbaycanın dilbər guşələrindən biri olan Qarabağın dağlıq hissəsini və ona bitişik olan 7 rayonu işğal etdilər. Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə dönüşündən sonra ordumuzun yenidən təşkili və daha da güclənməsi üçün taktiki olaraq atəşkəs imzalandı. 1994-cü ildən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğuna diqqət yetirilmiş, bu sahəyə xüsusi önəm verilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi yolunun davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir.
Azərbaycan Qarabağ münaqişəsinin daima sülh yolu ilə həllinə çalışmış lakin Ermənistan hakimiyyəti hər dəfəsində sülh prosesini pozmağa çalışmışdır Bütün bunların nəticəsi olaraq Ali baş komandanın rəhbərliyi altında Azərbaycan ordusu 2020 ci il 27 sentyabrda “Dəmir yumruq “ əməliyyatına başladılar.Mühatibə dövründə çoxsaylı təzyiqlərə baxmayaraq prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində təziqlərin qarşısı alınmış və Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqlarımızın bir hissəsini azad etmiş və düşməni kapitulyasiya imzalamağa məcbur etmişdir.10 noyabr bəyanatı ilə Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan azad edilmişdir.10 noyabr bəyanatının ziddinə olaraq erməni ordusunun hissələri Qarabağı tərk etməmiş əlavə olaraq Qarabağa silah sursat daşımağa davam etmiş və separatçı fəaliyyətlərindən əl çəkməmişdilər.Azərbaycanın ərazi bütövlüyünə qarşı bu təhdidlərə görə Ali baş komandanın əmri ilə 2023 ci il aprel ayında Laçında Həkəri çayı üzərində sərhəd keçid məntəqəsi quruldu və Qarabağa silah-sursat daşınmasının qarşısı alındı. Erməni separatçılarının işğaldan azad edilmiş ərazilərimizdə gizlincə minalar basdərmasə və bunun dinc əhalimizin, əsgər və zabitlərimizin həyatına təhlükə yaratdına görə Azərbaycan ordusu antiterror əməliyyatına başlamağa məcbur oldu. 30 ildən artıq müddət ərzində vətənimizin ürəyinə sancılmış bu xəstəliyi söküb atmağın vaxtı çatmışdı. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 19 Sentyabr 2023 ci ildə antiterror əməliyyatı keçirdi. 23 saat davam edən əməliyyat nəticəsində düşmənin bir çox hərbi obyektləri darmadağın edildi.Düşmən təslim olmağa məcbur oldu. Azərbaycanın ərazi bütövlüyü tam olaraq bərpa olundu.Keçmiş sovet respublikaları arasında ərsisindəki münaqişəni bitirən və suverenliyini bərpa edən ilk dövlət olduq.
Bu zəfərin əsasında Ulu öndərin təməlini qoyduğu və prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət durmuşdur. Ölkəmizin suverenliyini bərpa etməsi çox mühüm hadisədir. Dünya nizamında suveren dövlətlə, ərazisində münaqişə olmayan dövlətlər digər dövlətlər daha çox diplomatik münasibətlər qurmağa çalışır və iqtisadi əlaqələr qurur.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabr Suverenlik günü kimi qeyd edilir.Bu Sərəncam Azərbaycanın müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin son mərhələsi sayılır. Vətən müharibəsindən başlayan və Antiterror əməliyyatı ilə başa çatan mübarizə bizim müstəqilliyimizin bir növ təsdiqi idi. Bu il artıq ikinci dəfə suverenlik günü qeyd edəcəyik.Biz bu xoş günləri Müzəffər Ali baş komandan İlham Əliyevə və Müzəffər ordumuza borcluyuq.Vətəniçizin ərazi bütövlüyü uğrunda minlərlə şəhidimiz olmuşdur.Şəhidlərimizin ruhları qarşısında baş əyirik. Gələcək nəsillərinin onları heç bir zaman unutmayacaq və daima xatirələrini yaşadacaqdır.
Bu gün Azərbaycan günü gündən inkşaf edir və daha da güclənir.Bor çox dövlətlər regionda Azərbaycanla hesablaşmaq məcburiyətindədir.Artıq dövlət suverenliyimiz tamdır. Artıq ölkəmizin qarşısında duran ən ümdə vəzifə daxili sabitliyi qorumaq,mövcud iqtisadi inkişaf dinamikasını saxlamaqdır.Qarabağda quruculuq, böyük qayıdış proqramı məcburi köçkünlərin öz ata baba yurdlarına köçü vacib tapşırıqlardandır.Cənab prezident Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da inkişaf edəcək daha da güclənəcək.
İsgəndərov Şadoğlan
Xəzər rayonu, 334 №li tam orta məktəbin müəllimi