
Prezident İlham Əliyevin Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşü ölkənin təhsil və elm həyatında mühüm hadisə kimi dəyərləndirilir. Bu görüş yalnız yeni yaradılmış ali təhsil müəssisəsinin fəaliyyətinə dəstək deyil, həm də azad olunmuş torpaqlarda həyatın bərpasının rəmzi idi.
Dövlət başçısı çıxışında Qarabağ Universitetinin gələcəkdə regionun elmi və intellektual mərkəzinə çevriləcəyini vurğuladı. O, təhsilin inkişafını, gənclərin yüksək bilik və bacarıqlara yiyələnməsini Azərbaycanın gələcək qüdrətinin əsası kimi qiymətləndirdi. Bu baxış milli inkişaf strategiyasının mühüm hissəsini təşkil edir.
Prezident, həmçinin, gənclərə ünvanladığı müraciətdə onların Qarabağın bərpasında, yeni ideyaların reallaşdırılmasında və dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rolunu qeyd etdi. Müəllim heyətinə isə elm və təhsil mühitini ən yüksək standartlara uyğun qurmaq tapşırıldı.
Görüş Qarabağın mədəni, elmi və ictimai həyatının canlanması üçün yeni bir mərhələnin başlanğıcı oldu. Bu hadisə həm də azad edilmiş ərazilərin Azərbaycanın ayrılmaz parçası kimi inteqrasiyasını sürətləndirən addım kimi tarixə düşdü.
Günay Şahverdiyeva
YAP Xəzər rayon təşkilatının fəalı