
Basketbol üzrə Avropa çempionatında final mərhələsinin oyunu keçirilib.
Aktualinfo.az “Qafqazinfo”a istinadən xəbər verir ki, həlledici matçda Türkiyə millisi Almaniya yığması ilə qarşılaşıb.
Gərgin keçən qarşılaşmada Almaniya yığması 88-83 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, “Ay-ulduzlular” 24 il əvvəl də finalda Yuqoslaviya millisinə məğlub olaraq turnirin qalibi ola bilməmişdi.