İdmanGündəm

Mbappe millinin heyətində vurduğu qolların sayına görə Tyerri Anrini keçib

Fransalı hücumçu Kilian Mbappe millinin heyətində vurduğu qolların sayına görə Tyerri Anrini keçib.

“Aktualinfo.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya qarşı (2:1) oyunda reallaşıb.

K.Mbappe matçın 45-ci dəqiqəsində fərqlənərək yığmanın heyətində 52-ci qoluna imza atıb. İspaniyanın “Real” klubunun hücumçusu bu göstəricidə Fransa millisinin sabiq futbolçusu Tyerri Anrini (51) geridə qoyaraq 2-ci yerə yüksəlib.

Hazırda Fransa millisində ən çox qol vuran futbolçu Olivye Jirudur. “Lill” klubunun formasını geyinən 38 yaşlı ön xətt oyunçusunun hesabında 57 qol var.

Qeyd edək ki, K.Mbappe yığmanın heyətində 2017-ci ilin martında 18 yaşında debüt edib. O, millidə keçirdiyi 92 matçda 38 məhsuldar ötürmə müəllifi də olub.

Oxşar Xəbərlər

Back to top button