AnalitikaGündəmSiyasətSosial

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı

Son vaxtlarda ölkə baçısı cənab İlham Əliyev Avropa və dünyanın bir sıra aparıcı informasiya agentliklərinə çoxsaylı müsahibələr verib. Azərbaycanın bölgədə aparıcı mövqe tutması, Prezident İlham Əliyevin qalib sərkərdə və uğurlu iqtisadi siyasət aparan dövlət rəhbəri kimi tanınması tanınmış KİV-lərin müsahibələrlə bağlı müraciətlərini də artırıb.
Prezident İlham Əliyev növbəti müsahibəsini Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verib və müsahibə avqustun 26-da həmin telekanalda yayımlanıb. Dünya miqyasında tanınan telekanalda yayımlanan müsahibədə bir sıra önəmli məqamlara toxunulub.

Müsahibədə avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə baş tutan Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmaya böyük yer ayrılıb. Qeyd edilib ki, uzun illər ərzində Azərbaycan və Ermənistanla müharibə vəziyyətində olub. Buna da əsas səbəb 90-cı illərin əvvəlində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğalı, bunun nəticəsində bir milyondan çox insanın qaçqın və məcburu köçkün vəziyyətinə düşməsi olmuşdu. Həmin dövrdə Azərbaycan zəif, ordusuz idi, Ermənistanın isə əksinə bu işğala dəstək göstərən xarici havadarları çox idi.
1994-cü ildən 2020-ci ilə qədər zaman kəsiyində müxtəlif səviyyələrdə aparılan sonsuz və mənasız danışıqlara baxmayaraq heç bir irəliləyiş əldə edilmədi. Nəhayət ki, beş il əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Qalib dövlət olmağına baxmayaraq məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim etdi.
Avqustun 8-də Vaşinqtonda Prezident Tramp və onun komandasının böyük dəstəyi ilə Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə sənəd imzalandı. Cənab prezidentin müsahibəsində qeyd etdiyi kimi Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.

Sülh sazişinin layihəsi üzrə danışıqlar bir neçə il davam etdiyini, nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdığını söyləyən dövlətimizin başçısı vurğulayıb: “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur”. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi vardı, bu da Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcudluğu idi. Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarin Ermənistanın konstitusiyasından çıxarıldıqdan sonra formal sülh sazişi də imzalanacaqdır

Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda birgə imzaladığı Bəyannamə regionda yeni siyasi vəziyyətin formalaşmasına zəmin yaradır. Ağ Evdə baş tutan görüş yalnız iki ölkə arasında deyil, bütün Cənubi Qafqazın taleyində həlledici dönüş nöqtəsi kimi yadda qaldı. Dövlətimizin başçısı müsahibəsində vurğulayıb: “Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Qeyd etdiyim kimi, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur”.

Xəzər rayonu, 122 № məktəbin əməkdaşı
Qurbanova Sitarə

Oxşar Xəbərlər

Back to top button