AnalitikaGündəmSiyasətSosial

Azərbaycanın Gələcəyi: Quruculuq, Təhlükəsizlik və Beynəlxalq Mövqe

Bakı, 28 avqust 2025 – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcərdəki çıxışında ölkənin beynəlxalq müstəvidə böyüklüyünü vurğulayıb və bildirib ki, dünya birliyi Azərbaycanın qələbəsini və yeni reallıqları tam qəbul etmişdir. Dövlət başçısı qeyd edib ki, güclü tərəfdaşlar və ədalətli mövqe sayəsində Ermənistanın havadarlarının səyləri boşa çıxmışdır.

Ölkə başçısı Azərbaycanı ləyaqətli və güclü ölkə kimi xarakterizə edərək, heç kimə bəd əməllər haqqında düşünməyi məsləhət görmədiyini bildirib. O, son 80 ildə Azərbaycan qədər tam qələbə qazanan ikinci ölkə olmadığını vurğulayıb və sülhün təminatçısı olaraq Azərbaycanın rolunu qeyd edib.

Qisasın döyüş meydanında alındığını bildirən Prezident İlham Əliyev, qanlı tarixin yaddaşdan silinməməli olduğunu və ayıq olmaq lazım olduğunu əlavə edib. O, quruculuğun əsas iş olduğunu qeyd edərək, düşmənin dağıtdığı şəhər və kəndlərin yenidən qurulduğunu bildirib. Silahlı Qüvvələrin inkişafından danışaraq, yeni texnologiyaların ölkəyə gətirildiyini vurğulayıb.
Dövlət başçısı Kəlbəcərə səfərlərindən bəhs edərək, 2 sentyabr 2024-cü il səfərində “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışını və İstisu qəsəbəsinin təməlqoyma mərasimini xatırladıb. Bu çıxış Azərbaycanın gələcək inkişaf və təhlükəsizlik strategiyasının rəsmi təqdimatı kimi dəyərləndirilir.

Azər Əhmədov,
Respublika Pediatriya Mərkəzinin direktoru, Mirəsədulla Mirqasımov küçəsi 2 ( RPM PHŞ) üzrə ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button