
Bakı, 28 avqust 2025 – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcərdəki çıxışında Vətən müharibəsini şanlı tarix kimi qiymətləndirib və bildirib ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək Ermənistanı 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etmişdir. Dövlət başçısı vurğulayıb ki, müharibədə bir dənə də fərari olmamış və xalq Vətən uğrunda ölümə hazır olmuşdur.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 10-da müharibənin dayandırılmasını ən düzgün addım kimi xarakterizə edib və qeyd edib ki, Kəlbəcər bir güllə atılmadan azad edilmişdir. O, 2023-cü ilin 19-20 sentyabrını şərəfli günlər kimi qeyd edərək, antiterror əməliyyatının separatizmin başını əzdiyini bildirib.
Sülh prosesinə toxunaraq, Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin müəllifi olaraq Azərbaycanın mövqeyinin əsas götürüldüyünü vurğulayıb. O, Naxçıvanla quru bağlantısının təmin edildiyini və Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat dəhlizinə çevriləcəyini qeyd edib. Prezident İlham Əliyev Minsk qrupunun son günlərini yaşadığını və sülhün imzalanmasının qarşıdurmaya son qoyacağını bildirib.
Dövlət başçısı Kəlbəcərə səfərlərindən bəhs edərək, 27 may 2023-cü il səfərində Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərini və digər açılışları xatırladıb. Bu çıxış Azərbaycanın qələbə və sülh siyasətinin rəsmi bəyanatı kimi qiymətləndirilir.
Elman Məmmədov,
Ərazi Partiya təşkilatıının sədr müavini, RTTTYM PHŞ-in Texniki Dəstək bölmə müdiri