AnalitikaGündəmSiyasət

Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq

Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Avaza şəhərində keçirilən yüksək səviyyəli görüşlər regionda əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaratdı. Ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri siyasi və iqtisadi əməkdaşlığın səmərəliliyini göstərdi. Görüşlərdə tərəflər regional təhlükəsizlik, enerji, nəqliyyat və mədəni sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdilər. Avaza görüşündə imzalanan sənədlər, o cümlədən Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması layihəsi, xalqlar arasında dostluğun və qardaşlığın bariz nümunəsidir. Bu təşəbbüslər ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün yeni platformalar açır. Tərəflər konkret layihələrin icrasına yönəlmiş göstərişlər verərək regional sabitliyi gücləndirməyi hədəflədilər. Bu əməkdaşlıq formatı Mərkəzi Asiya və Cənubi Qafqaz üçün strateji birgəlik modeli rolunu oynaya bilər. Avaza Zirvəsi həm siyasi, həm də iqtisadi və humanitar sahələrdə gələcək perspektivlərin əsasını qoydu.

 Zakir Əliyev
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button