AnalitikaGündəmSosial

Ölkəmizin Türkmənistanla mövqeləri üst-üstə düşür.

XXI əsrdə beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən biri regional əməkdaşlıq formatlarının formalaşdırılması və dərinləşdirilməsidir. Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda yerləşən Azərbaycan Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikası arasında son illər müşahidə edilən siyasi dialoq, iqtisadi inteqrasiya təşəbbüsləri və mədəni-humanitar əlaqələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2025-ci il 22 avqust tarixində Türkmənistanın Avaza şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşün yekunlarına dair bəyanat bu əməkdaşlıq formatının strateji xarakterini bir daha təsdiqləmişdir.

Özbəkistan Respublikası ilə bizi 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bağlayır. Özbəkistanla qardaşlıq münasibətlərimiz qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır. Özbəkistanda bütün sahələrdə həyata keçirilən yeni islahatların nəticəsi olaraq ölkənin dinamik inkişafının, beynəlxalq nüfuzunun yüksəldilməsini və iqtisadi potensialının artmasını böyük məmnuniyyətlə izləyirik. Son illərdə Özbəkistanla bir çox sahələrdə, o cümlədən siyasi dialoqda, iqtisadi və humanitar əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə etmişik. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi böyük töhfəyə görə Özbəkistan tərəfinə və şəxsən Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirirəm. Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunub və Şavkat Miromonoviçlə birlikdə onun açılışını qeyd etmişdik. Xankəndi şəhərində özbək tərəfinin dəstəyi və təşəbbüsü ilə böyük bir tikiş fabriki fəaliyyət göstərir. Bu yaxınlarda birlikdə onu ziyarət etmişik. Bakının müasir mərkəzi olan Ağ şəhərdə “Özbəkistan” parkı yaradılır.

Azərbaycan və Türkmənistan xalqlarını tarixi, mədəni və dini dəyərlər birləşdirir. Prezident cənab İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, iki ölkə xalqları əsrlər boyu bir ailə kimi yaşamış, bu gün isə müstəqil dövlətlər kimi həmin ənənələri davam etdirirlər. Avaza görüşündə imzalanmış sənədlər, o cümlədən Arxadağ şəhəri ilə Azərbaycanın Füzuli şəhərinin qardaşlaşması barədə razılaşma, qardaşlıq münasibətlərinin rəmzi ifadəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər son illərdə “sözdə yox, əməldə qardaşlıq” prinsipi üzərində formalaşır. Özbəkistanın atdığı addımlar Azərbaycan üçün ən çətin dövrlərdə qardaşlıq dəstəyinin təzahürüdür. Bu, həm ikitərəfli münasibətlərin, həm də regional əməkdaşlıq perspektivlərinin real nəticələr verdiyini sübut edir. Hər üç ölkə beynəlxalq nəqliyyat dəhlizlərində strateji mövqeyə malikdir. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişməsində yerləşir, Türkmənistan Orta Dəhlizdə mühüm tranzit ölkəsidir, Özbəkistan isə Mərkəzi Asiya iqtisadiyyatının aparıcı oyunçularından biridir. Bu üçlük, əslində, Avrasiya məkanında yeni əməkdaşlıq modelinin əsasını qoya bilər.

2025-ci il 22 avqust tarixində Avazada qəbul edilən bəyanat Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir. Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır.

Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru
Məmmədova Nazilə

Oxşar Xəbərlər

Back to top button