AnalitikaGündəmSiyasət

Azərbaycan Macarıstan arasında ikitərəfli münasibətlər

Macarıstan Azərbaycanın müstəqilliyini 1991 ci lidə tanıyıb və Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlər dostluq və əməkdaşlıq xarakteri daşıyır. Bu dostluq və əməkdaşlıq münasibətləri dünəni, bu günü və sabahı bir araya gətirir. Bu münasibətlər bir sıra sahələrdə, siyasət, iqtisadiyyat, enerji, təhsil və mədəniyyət sahələrində inkişaf edir. Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindəndir. Hal-hazırda İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi-ticarət əlaqələri həyata keçirilir. Son illər bu əlaqələr təkcə ikitərəfli dostluq və iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, həm də yeni geosiyasi reallıqlar fonunda strateji tərəfdaşlığa çevrilir. Hər iki tərəf suverenlik, bərabərlik prinsiplərini əsas tutaraq, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməklə geosiyasi münasibətlərə töhfə verirlər. Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqlar var ki, bu gün də hər iki ölkə müstəqil siyasət aparır. Azərbaycan–Macarıstan münasibətləri əməkdaşlıqla yanaşı eyni zamanda qarşılıqlı strateji maraqların təmin olunduğu çoxşaxəli müttəfiqlik formatına çevrilib. Macarıstan Azərbaycanın Avropaya enerji ixracı layihələrində də maraqlıdır. Bərpa olunan enerji sahəsində bu əməkdaşlıq imkanları genişlənir. Xüsusilə “Yaşıl enerji” layihələri və Xəzər dənizi vasitəsilə Avropaya enerji nəqli bu əməkdaşlıqda mühüm rol oynayır. Macarıstan, Azərbaycanın təbii qazının Avropaya ixracını dəstəkləyir. Bu iki ölkə arasında təkcə siyasi mövqe oxşarlığı deyil, həm də mənəvi dəyərlərə bağlılığı bir daha aydın görünür. Ölkələr arasında tarixi və mədəni əlaqələr diqqət mərkəzindədir. Hazırda türkdilli xalqlar arasında əməkdaşlıq formatında da əlaqələr inkişaf etdirilir. Hər iki ölkənin xalqları arasında qardaşlıq münasibətləri bundan sonra da daha da yüksək səviyyədə davam etdiriləcək.

Xatirə Nəsibova
YAP Şəki rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button