AnalitikaGündəmSiyasət

Dost ölkələr, strateji tərəfdaşlar

Azərbaycan və Macarıstan geniş iq­tisadi potensialı olan ölkələrdir. Bu da iqtisadi sahədə fəal əməkdaşlığa ge­niş imkanlar yaradır. İki ölkə arasında 2014-cü ildə imzalanmış strateji tərəf­daşlıq haqqında Birgə Bəyannamə, ha­belə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər bu sahədə əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, ha­zırda Macarıstanın 21 şirkəti Azərbay­canın kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. Ötən müddətdə Macarıstan Azərbayca­na 1,1 milyard ABŞ dolları, Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.

İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiy­yətli dərəcədə artması da əlaqələrin yük­sək səviyyədə olmasından xəbər verir. Hazırda Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən, nəqliyyat, informasiya texnologiyaları, energeti­ka, ticarət, kənd təsərrüfatı sahələrində uğurla əməkdaşlıq edir. Bununla belə, sadalanan sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanlar bö­yükdür. İşğaldan azad edilmiş əraziləri­mizdə aparılan bərpa-quruculuq işlərinə böyük maraq göstərən macar şirkətləri artıq bununla bağlı müvafiq layihələr təq­dim edib.

Azərbaycanla Macarıstan arasında yeni biznes təşəbbüslərinin reallaşdı­rılması üçün də imkanlar genişdir. Bu təşəbbüslər isə yaxın vaxtlarda energe­tika, sənaye, nəqliyyat, informasiya tex­nologiyaları, kənd təsərrüfatı, əczaçılıq və ticarət sahələrində əlaqələrin güc­ləndirilməsinə inamı artırır. Elə ölkəmiz­də yaradılmış əlverişli infrastruktur və tətbiq olunan güzəştlər, eyni zamanda, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları macar şirkətlərinin ölkəmizin əlverişli biznes mühitindən yararlanması­na imkan yaradır.

Afaq Mustafayeva
YAP Xəzər rayon təşkilatının mühasibi 

Oxşar Xəbərlər

Back to top button