
Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlər uzunmüddətli əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurulub. 1992-ci ildən bəri diplomatik əlaqələrin qurulması ilə başlanan bu yol, zamanla daha da güclənərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. İki ölkə arasında imzalanmış sənədlər və dövlət başçıları səviyyəsində keçirilən görüşlər bu münasibətlərin siyasi əsaslarını möhkəmləndirib.
Bu tərəfdaşlıq yalnız hökumətlərarası əməkdaşlıqla kifayətlənmir, eyni zamanda parlamentlərarası əlaqələr, bələdiyyələr səviyyəsində təmaslar və vətəndaş cəmiyyəti institutları arasında da əlaqələrin qurulması ilə genişlənir. Bu cür çoxsahəli münasibətlər, ikitərəfli əlaqələrin davamlılığını təmin edən mühüm mexanizmlər kimi çıxış edir. Həmçinin beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, dövlətlərarası həmrəyliyin güclü nümunələrindən biridir.
Azərbaycan və Macarıstan iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işçi qrupları yaradır, biznes forumlar təşkil edir və qarşılıqlı sərmayə təşviq olunur. Azərbaycanın nəqliyyat və logistika potensialı, Macarıstanın isə texnoloji və sənaye təcrübəsi bu münasibətləri qarşılıqlı faydalı hala gətirir. Bu əməkdaşlıq Avropa ilə Asiya arasında iqtisadi körpü funksiyasını gücləndirir.
Nəticə etibarilə, Azərbaycan-Macarıstan ikitərəfli münasibətləri yalnız bu günün deyil, gələcəyin də ortaq maraqlarına xidmət edir. Münasibətlərin çoxşaxəli və dərin xarakter daşıması, onları regionda nadir və nümunəvi tərəfdaşlıqlardan birinə çevirir.
Sünbül Həsənquliyeva
YAP Xəzər rayon təşkilatının fəalı