AnalitikaGündəmSiyasət

Strateji baxış və qarşılıqlı etimad Azərbaycan ilə Macarıstan arasında münasibətləri möhkəmləndirir

Azərbaycan və Macarıstan arasındakı münasibətlər təkcə enerji və ticarət sahələri ilə məhdudlaşmır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bütün digər sahələrdə də bu iki ölkə dost və tərəfdaş kimi birgə fəaliyyət göstərir. İkitərəfli münasibətlər hərtərəfli şəkildə inkişaf etdirilir və geniş spektrli əməkdaşlıq formatında davam edir. Bu isə onların qarşılıqlı siyasi iradəsinin və strateji baxışlarının bariz göstəricisidir.

Müdafiə sənayesi, hüquq-mühafizə orqanları arasında təcrübə mübadiləsi, səhiyyə və elmi araşdırmalar kimi sahələrdə əməkdaşlıq imkanları daim genişlənir. Xüsusilə kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar və yaşıl inkişaf kimi müasir istiqamətlərdə birgə təşəbbüslər üzərində işlənilir. Bu, münasibətləri daha funksional və dövrün çağırışlarına uyğun edir.

Humanitar yardım, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, Azərbaycanın və Macarıstanın bir-birinə olan etibarını daha da artırır. Hər iki ölkə suverenliyə və beynəlxalq hüquqa hörmət prinsiplərini müdafiə edir, bu isə onların dünya nizamına baxışlarını üst-üstə salır.

Nəticə etibarilə, Azərbaycan ilə Macarıstan arasındakı münasibətlər yalnız siyasi sənədlərlə deyil, reallıqda həyatın müxtəlif sahələrində paralel addımlarla təsdiqlənir. Bu birlik, gələcəyə yönəlmiş sabit və güclü tərəfdaşlığın əsasını təşkil edir.

Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button