AnalitikaGündəmSiyasət

Gələcəyə Atılan İmza: Bakı və Hanoy Yeni Müttəfiqlik Yolunda

Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın 7 may 2025-ci il tarixində Azərbaycana etdiyi rəsmi səfər, iki dövlət arasında əməkdaşlığın dərinləşəcəyinə dair ciddi siqnallar verdi. Prezident İlham Əliyev ilə aparılan yüksək səviyyəli danışıqlar, yalnız diplomatik jestlərlə məhdudlaşmayıb, konkret addımların atılmasına zəmin yaratdı.

Görüş zamanı əldə olunan razılaşmaların təkcə kağız üzərində qalmayacağına dair əminlik, tərəflərin nümayiş etdirdiyi qarşılıqlı siyasi iradədən qaynaqlanır. Energetika, logistika, kənd təsərrüfatı və texnologiya sahələrində planlaşdırılan ortaq layihələr, yaxın aylarda konkret mərhələlərə keçə bilər. Bu, təkcə Bakı-Hanoy əlaqələrini deyil, ümumilikdə Cənub-Şərqi Asiya və Qafqaz arasında münasibətləri canlandıracaq.

Hər iki ölkə iqtisadi baxımdan yüksəliş mərhələsində olduğu üçün bu tipli strateji ittifaqlar qarşılıqlı inkişaf üçün katalizator rolunu oynaya bilər. Prezident Əliyev çıxışında “əməkdaşlığımız təkcə bu günün deyil, sabahın əsaslarını qoyur” deməklə səfərin uzunmüddətli perspektivini vurğuladı.

Səfər, dostluq münasibətlərinin diplomatik çərçivədən çıxaraq real iqtisadi və texniki platformalara keçəcəyini göstərdi. İmzalanmış memorandumların layihələrə çevrilməsi, Vyetnam-Azərbaycan münasibətlərinin tarixində yeni səhifənin başlandığının sübutudur.

Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button