
Azərbaycan və Vyetnam arasında enerji sahəsində əməkdaşlıq, xüsusən də neft sənayesi üzrə qurulan tərəfdaşlıq, qarşılıqlı maraqlara əsaslanan strateji əlaqələrin mühüm bir hissəsidir. Azərbaycanın zəngin təbii ehtiyatları və təcrübəli neft infrastrukturu, Vyetnamın inkişaf etməkdə olan enerji sektoru üçün dəyərli nümunə və əməkdaşlıq mənbəyidir.
SOCAR ilə Vyetnamın müvafiq enerji şirkətləri arasında imzalanmış sənədlər, texnologiya mübadiləsi, təlim proqramları və birgə layihələrin həyata keçirilməsi kimi konkret əməkdaşlıq istiqamətlərini əhatə edir. Bu əlaqələr sayəsində Vyetnam müasir hasilat metodlarını öyrənir, Azərbaycan isə yeni bazarlara çıxış imkanları əldə edir.
Əməkdaşlıq təkcə hasilatla məhdudlaşmır. Neftin emalı, logistikası və ixracı sahələrində də birgə təşəbbüslər planlaşdırılır. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan kəməri kimi iri layihələrdə qazandığı təcrübə, Vyetnamın enerji təhlükəsizliyi strategiyasında nəzərəçarpacaq rol oynaya bilər. Eyni zamanda, təhsil sahəsində aparılan mübadilələr, bu sahədə ixtisaslı kadrların hazırlanmasına da töhfə verir.
Bu əməkdaşlıq iki ölkənin qarşılıqlı etimad və uzunmüddətli maraqlara əsaslanan tərəfdaşlığını möhkəmləndirir. Neft sektoru, Azərbaycanla Vyetnam arasında siyasi və iqtisadi əlaqələrin daha da dərinləşməsi üçün mühüm bir platforma kimi çıxış edir və gələcək illərdə bu əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir.
Nigar Cəlalova
YAP Xəzər rayon təşkilatının fəalı