AnalitikaGündəmSiyasət

Azərbaycan-Çin əməkdaşlığı güclənir

Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illərdir ki, davam edir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Məlumdur ki, Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayının 2-də qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin sentyabrın 3-də isə Azərbaycan RespublikasınınMilli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Əlbəttə ki, Azərbaycan-Çin münasibətlərinin formalaşmasında və inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır.Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfəri iki ölkə arasında münasibətlərin təməlini təşkil edir.

Son illərdə AzərbaycanRespublikası ilə Çin Xalq Respublikası arasında strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoyub və yüksələn xətlə inkişaf edir. İkitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı, iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsi bu tərəfdaşlığın nə qədər dərin və perspektivli olduğunu bir daha göstərir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə güclü təkan verdi. Bu münasibətlər Cənubi Qafqazın və ümumilikdə Avrasiya məkanının geosiyasi və iqtisadi dinamikasında mühüm rol oynamağa davam edir.Səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirilmiş, strateji sənədlər imzalanmış və mühüm razılaşmalara nail olunmuşdur.

Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən danışıqlardan sonra “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bu, rəqəmsal iqtisadiyyat, ekoloji inkişaf, ticari-iqtisadi,elm,təhsil,idman və digər sahələri əhatə etməklə geniş əməkdaşlıq imkanlarını nəzərdə tutan çox mühüm sənəddir. Ən diqqətçəkən və əhəmiyyətli razılaşmalardan biri isə qarşılıqlı vizasız rejimin tətbiqi ilə bağlı oldu. Beləliklə, hər iki ölkənin vətəndaşları üçün səfərlər daha da asanlaşacaq. İmzalanan sənədlər, aparılan danışıqlar və verilən mesajlar göstərdi ki, Azərbaycan-Çin əlaqələri daha da dərinləşəcək və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq davamlı şəkildə inkişaf edəcək.

Alidə Aslanova,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button