AnalitikaGündəmSiyasət

Azərbaycan və Çin arasında turizm əlaqələri inkişaf etdirilir

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 2025 ci il aprelin 22 də Çin Xalq Respublikasına dövlət səfərində olub. Prezident İlham Əliyevin Çinə dövlət səfəri həqiqətən də tarixi əhəmiyyətli səfər xarakteri daşıyır. Azərbaycan Çin münasibətlərində yeni mərhələyə start verən bu səfər həm geosiyasi maraqlar baxımından,həm də sıx iqtisadi əməkdaşlıq nöqteyi nəzərindən olduqca böyük perspektivlər vəd edir. Getdikcə dünyanın bir nömrəli iqtisadi super gücünə çevrilməkdə olan Çin ilə münasibətlərimizin strateji səviyyəyə yüksəldilməsi mühüm nəticədir.

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı hərtərəfli strateji  tərəfdaşlıq əlaqələrinin qurulması haqqında “Birgə Bəyanat” ın mətninə nəzər yetirsək, ikitərəfli əlaqələrin geniş gündəliyini görə bilərik.Ölkələrimiz milli maraqlarına aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik,” Vahid Çin ” siyasətini dəstəkləyirik. Bu fikri Azərbaycan Respublikasının prezidenti cənab  İlham Əliyev Pekinin ÇGTN telekanalına  müsahibəsində deyib.

Azərbaycan liderinin bu müsahibədə ümumilikdə iki ölkə arasındakı əlaqələrin inkişafını,strateji tərəfdaşlıqın əhəmiyyətini və gələcək perspektivlərini ətraflı səkildə əks etdirir..Dövlət başcısı 2024 cü ildə Çin iləAzərbaycan arasında ticarət dövriyyəsinin artması,iki tərəfli əməkdaşlıgın  genişlənməsi və müxtəlif sahələrdəki mübadilələrə dair fikirlərini bölüşüb. Məlum olub ki ötən il Çin Azərbaycanın dördünçü ən böyük ticarət tərəfdaşı olub..

Bu gün Azərbaycan ÇXR in sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol “təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Cənab prezident İlham Əliyev müsahibəsində əminliklə deyib ki,Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdüdlarından kənarda Çindən sonra daha cox investidiya  qoyan ikinçi ölkədir.

Prezident İlham Əliyev iki ölkə arasındakı əməkdaşlıqın müsbət nəticələr verəcəyini vurğulayıb. Bu Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır və strateji tərəfdaşlığın daha da dərinləşməsini imkan tanıyır. Hər iki ölkə bir birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və qarşılıqlı dəstək ifadə edir. Bu hər iki tərəf üçün olduqca vacib məsələdir.

Onuda qeyd edək ki Çin Azərbaycanın müstəgilliyini tanıyan ilk dövlətlərdən biridir. Ötən 33 il ərzində ölkələrimiz arasında siyasi,iqtisadi və mədəni sahələrdə uğurlu əməkdaşlıq qurulub. Çinlə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət kəsb etdiyi kimi,Azərbaycanda Çin üçün önəmli tərəfdaş sayılır. Xüsusən də 44 günlük  ikinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpasına nail olduqdan sonra Azərbaycanın Çin ücün strateji əhəmiyyəti daha da artıb. İki ölkə arasındakı əlaqələr bundan  sonra daha da sürətlə inkişaf edəcək, prezident cənab İlham Əliyevin Çinə səfərinin ugurlu nəticələri Azərbaycanın geosiyasi və geoiqtisadi mövqelərinin daha da güclənməsinə təkan verəcək.

Lalə Qiyasova,
Ramana qəsəbəsi, 198 saylı məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button