
24 aprel 2025-ci il tarixdə B.Vahabzadə adına Şəki şəhər 1 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının “Giləhli” ərazi partiya təşkilatının iclası keçirilmişdir.
Aktualinfo.az xəbər verir ki, iclasda YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, sədr müavini Ziya Vəliyev, təşkilatın əməkdaşı Araz Fəttahov, məktəbin direktoru Sona Əliyeva və ərazi partiya təşkilatında qeydiyyatda olan partiya üzvləri iştirak etmişlər.
İlk öncə Ümumilli lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İclası giriş sözü ilə açan Sona Əliyeva qonaqları salamlayaraq iclasın məqsədi barədə məlumat vermiş, görülən işlər barədə danışmışdır. Sonra təşkilati məsələlərə – ərazi partiya təşkilatının yeni sədr və müavininin seçilməsi məsələsinə baxılmış, ərazi partiya təşkilatının üzvləri tərəfindən Gülçin Kərimova sədr, Səadət İmamverdiyeva sədr müavini seçilmişlər.
Daha sonra Daşqın Mikayılov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılması, partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, şərəfli inkişaf yolu, Cənab Prezidentimizin uğurlu siyasəti, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, davamlı və dayanıqlı inkişaf, qarşıda duran vəzifələr, həmçinin YAP Şəki rayon təşkilatının və “Giləhli” ərazi partiya təşkilatının fəaliyyəti haqqında danışmış və müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.