AnalitikaGündəmSiyasət

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu müstəqil siyasət kursu bu gün də davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri çərçivəsində Sinxua agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərini, beynəlxalq münasibətlərə yanaşmasını və milli maraqlarını aydın şəkildə ortaya qoyur. Müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət yürütmək əzmini vurğulamış, ölkəmizin heç bir qüvvənin təsiri altında olmadığını və yalnız milli maraqlara əsaslanan qərarlar verdiyini bildirmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır. Bu statusun qazanılmasında Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsi mühüm rol oynamışdır. Azərbaycan bu gün də həmin siyasi kursa sadiq qalaraq öz milli maraqlarını qoruyur və beynəlxalq əməkdaşlığa açıq olan bir dövlət kimi fəaliyyət göstərir.

Sinxua agentliyinə verilən müsahibə zamanı Prezident İlham Əliyev, həmçinin Çin ilə Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirmiş, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələrin regional iqtisadi inkişafa verdiyi töhfələrdən danışmışdır.

Bu müsahibə bir daha sübut edir ki, Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan müstəqil, prinsipial və dərin düşünülmüş bir siyasət aparır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu müstəqil siyasət kursu bu gün də davam etdirilir və Azərbaycan xalqının rifahına, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir.

Səkinə Musayeva,
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin Rəsm və STEAM müəllimi 

Oxşar Xəbərlər

Back to top button