AnalitikaGündəmSiyasət

Azərbaycan hazırda inkişaf səviyyəsinə görə dünyanın bir çox ölkələrinin diqqət mərkəzindədir

Azərbaycan hazırda inkişaf səviyyəsinə görə dünyanın bir çox ölkələrinin diqqət mərkəzindədir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra qalib dövlət, qalib xalq kimi daha çox diqqət mərkəzində olmuşdur. Azərbaycan müasir dövrdə qonşu dövlətlərlə yanaşı dünyanın əksər ölkələri ilə yaxın əməkdaşlıq içərisindədir. Bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır və müxtəlif şaxələrə ayrılır.

Çin  və Azərbaycan arasında diplomatik münasibətlərin yaradılması xeyli əvvələ 1992-ci ilə aiddir. Amma bu əlaqələr sadəcə diplomatik çərçivədə yox, çoxşaxəli inkişaf etmişdir. Xüsusilə son illərdə dövlətlərarası münasibətlər yüksək inkişaf dövrünə qədəm qoymuşdur. Buna 2023-cü ildə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” -nin qəbul edilməsi dövlətlərarası münasibətlərin inkişafında yeni səhifə açmışdır.

Hər iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrin inkişafı nəzərdə tutulmuşdur. İqtisadi, ticarət, qeyri-neft sektoru, turizm və s geniş əlaqələrin inkişafı üçün müxtəlif işlər görülür. İki dövlət arasında Bəyannamənin qəbul edilməsi əlbəttə ki,  mühüm tarixi hadisədir. İnkişafda olan əlaqələr bu Bəyannamədə öz təsdiqini tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibədə bu Bəyannamənin qəbul edilməsinin önəmini vurğulayaraq, iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açdığını diqqət mərkəzinə  gətirmişdir. Cənab Prezident İlham Əliyev həmçinin bildirmişdir ki,  Çin Azərbaycanın 4- cü ən böyük ticarət tərəfdaşına çevrilmişdir.

Çin və Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir, hər iki ölkə bu əməkdaşlığın ən yüksək səviyyədə davam etməsi üçün əlindən gələni edir.

Damla Həsənzadə,
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button