
1988-1994-cü ildə baş verən I Qarabağ müharibəsi nəticəsində torpaqlarımızn 20 faizi ermənilər tərəfindən işğal edilmişdir . Bu şəhərlərdən də biri Füzuli şəhəri olmuşduir. Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 55038 nəfər məcburi köçkün Bakı şəhəri və Respublikamızın 50 şəhər və rayonunda məskunlaşıb. Füzulidə bu gün ermənilər zəbt etdiyi torpaqlarımızda ekoloji terrorla yanaşı, rayonun XII əsrə gedib çıxan qəbristanlığını, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri darmadağın edərək vandallıq etmişlər. Qeyd edək ki, Qarabağ savaşında Füzuli rayonundan 1100-dən çox şəhid, 1550 nəfər əlil, 181 nəfər itkin düşmüşdür. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Qacar, Divanlılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər.
1993-cü ilin dekabrından 1994-cü il yanvarın 6-dək Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi işğaldan azad edilmişdir.Bu hərbi əməliyyata Şair Ramaldanov komandirlik etmişdi 8 nəfər Milli Qəhrəman adını almışdır1995-1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40 min dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər. Füzuli rayonunun mərkəzi aparatı şəhər statusu verilən Horadizdə yerləşirdi.
1992-ci ildən münaqişənin nizamlanması missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, təcavüzkara qarşı sanksiyaların tətbiq edilməməsi Ermənistanı şirnikləndirir, “yeni torpaqlar uğrunda yeni müharibə” sözləri ilə Azərbaycanı hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda mövcud gərginliyi daha da qızışdırmaq, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturlarına nəzarəti ələ keçirməkdən ibarət idi. 2020-ci ildə avqust ayında təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin 2020-ci il avqustun 23-də həmin qrup zərərsizləşdirildi. 2020-ci il sentyabrın 24-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını növbəti dəfə bəyan etdi. Lakin təəssüf ki, Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün ATƏT-in Minsk qrupu tərəfindən heç bir praktiki addım atılmadı. 2020-ci il sentyabr ayının 27-də səhər saat 06.00 ətrafında Ermənistan silahlı qüvvələri növbəti dəfə daha geniş miqyasda Azərbaycan Ordusunun mövqeləri və təmas xətti boyunca yerləşmiş yaşayış məntəqələrinə qarşı hərbi təxribata əl atdılar. Onlar iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından həmin mövqeləri intensiv şəkildə atəşə tutdular. Nəticədə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qərarı əsasında Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatları başlandı.
Müharibənin elə ilk günündən erməni silahlı qüvvələrinin müdafiə xətləri yarıldı. Nəticədə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, günün ikinci yarısında isə Murov dağ silsiləsində Murov zirvəsi erməni işğalından azad edildi. Adları çəkilən yaşayış məntəqələri Vətən müharibəsinin gedişində azadlığına qovuşmuş ilk yaşayış məntəqələri oldular. Nəhayət 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonu işğaldan tam azad olunmuşdur. Oktyabrın 18-də Füzuli şəhərində Azərbaycanın dövlət bayrağı qaldırıldı. Füzuli istiqamətində gedən döyüşlərdə erməni hərbi qüvvələrinin döyüş meydanında tərk etdiyi hərbi texnikası və silah-sursatı Azərbaycan Ordusunun bölmələri tərəfindən qənimət kimi götürüldü.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Cənab Prezident İlham Əliyev dəfələrlə Füzuli rayonuna səfər etmişdir. Müzəffər Ali baş komandan Füzuli şəhərində 2021-ci il 18 oktyabr tarixində Azərbaycan bayrağını qaldıraraq dedi: “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”.
Daha sonra Prezident İlham Əliyev Füzulidə bərpa-quruculuq işlərinə başlanılması haqqında göstəriş verdiyini söyləyərək dedi: “Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri – həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını!“
İşğaldan azad edildikdən sonra şəhərin yenidən qurulmasına başlanılmışdır. Yenidənqurma nəticəsində Füzuli şəhərinin inzibati ərazisinin 1.943 hektara, əhalisinin 50.000 nəfərə çatacağı nəzərdə tutulur. Şəhərin Baş Planında qeyd edilib ki, rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.
Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 31 iyul 2023-cü il tarixdə Sərəncam imzalayıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” həmin Sərəncama əsasən hər il oktyabrın 17-si “Füzuli şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb. Dövlətimizin başçısının gündəlik nəzarəti və qayğısı sayəsində tezlikdə Füzuli rayonunun da daxil olduğu Qarabağ gündən-günə cənnətə çevrilir.
Qarayev Şikarı,
Xəzər rayonu, H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin Tarix müəllimi