Analitika

Təhdid yaradan amil

Son illər dünyada baş verən iqlim dəyişikliyi nəticəsində su çatışmazlığı çox ciddi şəkildə özünü göstərməkdədir. Təəssüf ki, artı bu iqlim dəyişikliyinin fəsadları Azərbaycanda da ciddi şəkildə hiss olunmaqdadır. Bu təhlükəli fəsadların nəticəsi olaraq çaylarımızda və Xəzər dənizində suyun səviyyəsi azalmaqda davam edir. Qeyd edək ki, Beynəlxalq Təbii Resurslar İnstitutunun verdiyi  proqnozlara görə, “2040-cı ilə qədər dünya ölkələrinin beşdə birində az sululuq problemi yaranacaq. Bu hesabatda quraqlıq təhlükəsi ilə qarşılaşacaq ölkələr arasında Azərbaycanın da adı yer almaqdadır və 33 ölkədən ibarət siyahıda 18-ci yerdədir. Cənubi Qafqazda şirin su resurslarının cəmi 10 faizi bizim payımıza düşür. Ümumilikdə Azərbaycanın su resursu 32 milyard kubmetrdir. Bunun 70 faizi qonşu ölkələrdən gələn Kür və Araz çaylarının suyun hesabına, 30 faizi isə ölkə daxilində formalaşır.

Son illər Kür və Araz çaylarının suyundan istifadə edən ölkələr daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə suvarılan əkin sahələrini genişləndirirlər. Belə ki, Gürcüstanın 2 milyard kub metr, Azərbaycanın 1,2 milyard kub metr, Ermənistanın isə 1 milyard kub metr suya olan təlabatı artıb. Bu da regionda ümumilikdə əlavə olaraq 4,2 milyard kub metr suya ehtiyac yaradıb. Qlobal iqlim dəyişikliyi nəticəsində son 20 ildə havanın tempraturunun artması kənd təsərrüfatı məhsullarının dəmyə şəraitində yetişdirilməsini çətinləşdirib. Ona görə də daha çox əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi vacib faktora çevrilib. Onu da deyək ki, ölkəmizin. Lakin bunlara baxmayaraq digər sahələrdə olduğu kimi su təhlükə­sizliyi ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyevin daim diqqətdə saxladığı prioritet istiqamətlərdən biridir və bu təhlükənin həlli istiqamətində müvafiq tədbirlər görülməkdədir. Artıq bir neçə il öncə cənab Prezident tərfindən “Su ehtiyatlardan səmərəli istifadənin təmin edilməsinə dair tədbirlər planı” haqqında sərəncam imzalanmış, aidiyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.  Məhz bu tapşırıqlar əsasında su anbarlarının, su kanallarının tikintisi istiqamətində tədbirlər həyata keşirilmişdir. Eyni zamanda ölkə rəhbərinin göstərişi əsasında Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanılmışdır.

2020-ci ildə cənab Ali Baş Komandanın rəhbərliyi altında keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində Qarabağ İqtisadi Zonasının tam olaraq işğaldan azad edilməsi ölkəmizdə su ehtiyatlarının yaranması üçün mühüm əhəmiyyət kəsb etmişdir. Nəzərə alsaq, Qarabağ ərazisinin su ehtiyatları ölkənin ümumi su ehtiyatlarının təxminən 5-7 faizini təşkil edir. Bu regiondakı su ehtiyatlarından istifadə ölkəmizin suya olan tələbatının ödənilməsinə müsbət təsir edəcək. Ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Bu isə ölkə rəhbərinin su ehtiyatlarının yaradılması və qorunması sahələrinə ayırdığı əsas diqqətin bariz nümunəsidir.

Ümumiyyətlə şirin su ehtiyatlarının qorunması istiqamətində istər dövlət səviyyəsində, istərsə də ayrı-ayrı qurumlar, hətta ayrı-ayrı vətəndaşlar tərəfindən tədbirlər həyata keçirilməli və təhlükə birlikdə aradan qaldırılmalıdır. Əsas məqsədimiz su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərini qorumaq, eyni zamanda onun çirklənməsinin qarşısını almaq, bir sözlə, su ehtiyatlarının azalmasına səbəb olan göstəriciləri aradan qaldırmaq olmalıdır. Ölkəmizdə kənd təsərrüfatı sahələrində artıq damcılı suvarma sisteminə keçid də su itkisinin qarşısını alacaq. Su ehtiyatlarından istifadədə israfçılığın qarşısını almaq üçün çıxış yolunu birgə tapmalıyıq. Hər kəs gündəlik həyatında sudan istifadədə diqqətli davranmalı, üzərinə düşən vətəndaşlıq vəzifəsini yerinə yetirməlidir.

Bağırov Azad,
Xəzər rayonu, 216 nömrəli məktəbin direktor müavini, Vətən Müharibəsi iştirakçısı, qazi, ehtiyyatda olan polkovnik  Mahal oğlu.

Oxşar Xəbərlər

Back to top button