Analitika

Azərbaycanın mövqeyi ədalətli mövqedir!

Ermənistan hələ 90-cı ilin əvvəlindən Azərbaycanın tarixi torpaqlarının 20 faizini iğal etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın danışıqlar aparılsa da məhz bu işğalçı ölkənin destruktiv mövqeyinə görə bu heç bir nəticə vermədi. Aparılan danışıqlar prosesinin tam əksinə olaraq, 2019-cu ildən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyi bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və məqsədyönümlü şəkildə Azərbaycan ərazilərini işğal etməkdən ibarət olduğunu nümayiş etdirmişdir. Bu ölkənin keçmiş Müdafiə naziri David Tonoyanın “yeni ərazilər, yeni müharibə” tezisi 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi ilə nəticələndi. Erməni Ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçu da qəhrəmancasına şəhid oldu.

Ümumiyyətlə Ermənistan işğal etdiyi tarixi Azərbaycan torpaqlarının danışıqlar yolu ilə həllinə yox, yeni ərazilər işğalı həvəsi ilə qoşunların təmas xəttinə yaxın ərazilərdə əlavə birlik və birləşmələr, mülki şəxslərdən və keçmiş döyüşçülərdən ibarət “Qara Bəbir”, Yerkrapah, Voma kimi terrorçu dəstələr formalaşdırması, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldu və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün yenidən beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçdi. Lakin bunlara baxmayaraq rəşadətli Azərbaycan Ordusu  44 gün ərzində bir dəfə də olsun geriyə addım atmadan müzəffər Ali Baş Komandanın rəhbərliyi altında beynəlxal hüquq və normalara uyğun döyüş apararaq, tarixi torpaqlarının geri qaytardı.

Şuşa azad edildikdən sonra erməni terrorçuları məcbur olaraq ağ bayraq qaldırmaqla təslim oldu. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Ermənistanın imzaladığı kapitulyasya aktında qısa zaman ərzində Qarabağ İqtisadi zonasında yerləşdirilən Silahlı Qüvvələrinin çıxarılması ilə bağlı öhdəlik ğötürsədə bu istiqamətdə heç bir qətiyətli addım atmadı. Bunun əksinə olaraq, yenidən Qarabağ İqtisadi zonasına Laçın-Xankəndi və əsasəndə Xəlfəli yolundan istifadə etməklə silah-sursat, mina daşımaqla yeni terrorçu dəstələr formalaşdırdı. Kənd təsərrüfatı adı altında yenidən mühəndis fortifikasiya qurğuları hazırlanmağa başlanıldı. Kapitulyasiya aktı imzalanan dövürdən üç il keçməsinə baxmayaraq əslində Ermənistan Silahlı qüvvələrinə məxsus olan Ermənistan rəhbərliyinin adlandırdığı “Müdafiə Ordusu” Azərbaycan ərazilərindən çıxarılmadı. 19 sentyabr 2023-cü ildə, Azərbaycan Silahlı Qüvvələri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə antiterror əməliyyatına başlayaraq 24 saat ərzində öz ərazi bütövlüyünün qorunması və müstəqil dövlət olaraq tanınan sərhədlərinin qaytarılması istiqamətində qəti mövqeyini nümayiş etdirdi. Antiterror əməliyyatı, Azərbaycanın daxili və beynəlxalq hüquq normlarına hörmət etməklə göstərilən ədalətli mövqeyini təşkil edir. Hüququn üstünlüyü və insan hüquqlarının qorunması bu əməliyyatın əsas dayağıdır. Qarabağda başlayan əməliyyat, mülki əhalinin hüquqlarının qorunması və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əhəmiyyətli addımlar atılmasını təmin edir. Humanitar yardım təmin edilməsi, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və humanitar normlara uyğunluq da əməliyyatın bir hissəsidir.

Azərbaycanın antiterror əməliyyatı, beynəlxalq təşkilatlar və partnyorlarla əməkdaşlıq etməklə mümkün olan ən geniş dəstəyi əldə edir. Dünya ictimaiyyəti ilə dialoq və diplomatiya yolu ilə təşkil olunan müzakirələr, mövqeyin qlobal səviyyədə dəstəklənməsinə kömək edir. Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı, ölkənin ədalətli və məsuliyyətli bir mövqeyini göstərir. Bu beynəlxalq normalara, insan haqlarına və humanitar dəyərlərə hörmət etməklə birlikdə, öz ərazi bütövlüyünü qorumağa olan tələbatını da ifadə edir. Bu əməliyyat, sülh, təhlükəsizlik və insan hüquqlarının qorunması üçün əhəmiyyətli bir addım olaraq qiymətləndirilməlidir. 30 il ərzində Beynəlxal təşkilatlar tərəfindən bərpa edilməyən ədalət bu gün məhz müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti, diplomatik addımları və dəmir yumruğu nəticəsində tarixi bir ədalət olaraq bərpa edildi. Yaşasın müzəffər Ali Baş Komandan, yaşasın rəşadətli Azərbaycan Ordusu.

Bağırov Azad,
Xəzər rayonu, 216 nömrəli məktəbin direktor müavini,
Vətən  müharibəsi  iştirakçısı, polkovnik-leytenantı

Oxşar Xəbərlər

Back to top button