Analitika

Dünya Azərbaycanlılarının Həmrəylik günü bütün azərbaycanlılar üçün tarixin ən silinməz, ən qürurlu hadisələrindən, tarixlərindən biridir

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti ilk baxışdan ənənəvi bayram təbriki məqsədini daşısa da, lakin bu müraciət həm də suverenliyini tam bərpa etmiş bir ölkənin siyasi liderinin, qalib dövlətin Ali Baş Komandanının çıxışı kimi xarakterizə olunmalıdır. Dövlətimizin başçısı arxada qalan 2023-cü ilin yekunlarından danışarəkən ilk növbədə dövlət suverenliyimizin bərpa edilməsinin Azərbaycan xalqının yaddaşında ən mühüm tarixi hadisə kimi əbədi qalacağını qeyd etdi. Suverenliyimizin bərpası 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatı nəticəsində mümkün oldu. Prezident vurğuladı ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, bizim dövlət bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Xankəndidə və digər ərazilərdə yuva salmış, istehkam qurmuş Ermənistan ordusunun silahlı qalıqları tərksilah edilmədən, separatçı rejim məhv edilmədən suverenlyimizin tam bərpasından danışmaq mümkün deyildi. Təbii ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi. Və biz bunu son üç il ərzində sülh yolu ilə həll etməyə səy göstərirdik. Rəsmi Bakı hesab edirdi ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün ağıllı nəticə çıxaracaq. Azərbaycan Prezidenti ən müxtəlif kürsülərdən həm Ermənistan rəhbərliyinə, həm də ona havadarlıq edən Qərb ölkələrinə dəfələrlə xəbərdarlıq etmişdi ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Rəsmi Bakı separatçı rejimin özünü buraxmalı olduğunu və Ermənistan ordusunun bizim ərazilərimizdən çıxarılması tələbini dəfələrlə səsləndirmişdi. Ancaq qarşı tərəf bu tələbləri, ismarıcları eşitmək istəmədiyinə görə biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa etməli olduq. Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi 23 saatlıq lokal antiterror əməliyyatı nəticəsində Xankəndi başda olmaqla Yuxarı Qarabağın bütün məntəqələrində Ermənistan ordusunun hissələri və separatçılar darmadağın olundu, separatçı rejimi ağ bayraq qaldırdı, təslim oldu. Prezident İlham Əliyevin söylədiyi kimi Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

2023-cü ilin son günü, 31 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz xalqına müraciət etmişdir. Müraciəti zamanı xalqımızın tarixində bu günə qədər yaşanan hadisələrdən, Şanlı Zəfər bayramımızın tarixindən, antiterror tədbirlərindən bəhs etmişdir. O, həmçinin, hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və abadlıq işlərindən, şəhərlərimizin inkişafından söz açmışdır. Ali Baş Komandan cənab Prezident İlham Əliyev dövlətimizin başında olduğu müddətcə Azərbaycan xalqı həmişə zirvələrdə olacaq, müstəqilliyimiz daim olacaq, bütün dünya Azərbaycan Respublikasının gücünü və qüdrətini görəcəkdir.

Gülər Miralayeva,
Xəzər rayonu, 322 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button