Analitika

2023-cü il Azərbaycan xalqı üçün tarixin ən şanlı səhifələrindən biridir və xalq olaraq bu tarixi və ili heç vaxt unutmayacağıq

31 dekabr-Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

2023-cü ilin son günü, 31 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz xalqına müraciət etmişdir. Müraciəti zamanı xalqımızın tarixində bu günə qədər yaşanan hadisələrdən, Şanlı Zəfər bayramımızın tarixindən, antiterror tədbirlərindən bəhs etmişdir. O, həmçinin, hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və abadlıq işlərindən, şəhərlərimizin inkişafından söz açmışdır. Ali Baş Komandan cənab Prezident İlham Əliyev dövlətimizin başında olduğu müddətcə Azərbaycan xalqı həmişə zirvələrdə olacaq, müstəqilliyimiz daim olacaq, bütün dünya Azərbaycan Respublikasının gücünü və qüdrətini görəcəkdir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button