Analitika

Xalqımızın şanlı tarixinə qızıl hərflə yazılan qürurverici tarixi gün

Doğma vətənimizin bütövlüyü və suverenliyi bərpa edildikdən sonra torpaqlarımızda yenidənqurma işləri sürətlə davam etməkdədir. İşğaldan azad edilən torpaqlarımızın yenidən çiçəklənməsi tarixi bir hadisəyə çevrildi. Müharibədən sonra tarixi günə çevrilən hadisələr xalqımızın sevincinə çevrilməkdədir. Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir. Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə dünya siyasi arenasınında diqqət mərkəzində idi. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib.

Dövlət siyasəti nəticəsində şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi özünü bir daha nümayiş etdirdi. İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. Bu hadisə xalqımızın mənəvi borcu qarşısındakı məsuliyyətinin bariz nümunəsi idi. Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. XX əsrdən aktivləşən erməni işğalçı meylləri tarixi torpaqlarımızı özünküləşdirmə siyasəti nəticəsində torpaqlarımızı tarixi abidələri məhv edilmiş və maddi sərvətləri zərər görmüşdü.  Tarixi həqiqətləri dünya siyasi birliyi uzun müddət görməzdən gəlsə də, biz tarixi həqiqətləri dövrün reallığına çevirdik. Buna xalqımızın iradəsi, dövlət başçısının uğurlu siyasəti nəticəsində  nail olduq. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. XX əsrin 90-cı illərindəki erməni işğalı nəticəsində bu ərazilərdə ermənilər məskunlaşdırılmışdır. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır.

Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu hadisə əbədi qürur mənbəyinə cevrilərək tarixin səhifələrinə qızıl hərflər ilə yazıldı. Qarabağın azad olunması böyük tarixi hadisədir. Bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Özünə yenidən həyat tapan torpaqlarımızın yüksəlişi xalqımızın sevgisi və iradəsi ən qısa zamanda özünü əyani şəkildə göstərəcəkdir. Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edilmişdir. Əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq. “Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Dörd il bundan əvvəl isə Xankəndi stadionunda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər.Biz xalq olaraq tarixi unutmamaqla həqiqətləri yaşatmalıyıq. İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı.  Müasir tariximizin Zəfər səhifələri bir çox hadisələr üçün başlanğıca çevrildi. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!

Ağabəyova Mənzər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button