Analitika

Qarabağ-Ordu-Xalq birliyi bizim zəfərimizin əsas mənbəyidir

21 dekabr xalqımız tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. İşğaldan azad olan ərazilərdə bu ilk dəfə keçirilən yarış idi. İlk dəfə olaraq bu yarışda qəhrəman şəhidlərimizin ailə üzvləri və uşaqları da iştirak etmişdi. Bu oyunun Xankəndində keçirilməsinin böyük siyasi mənası var. Xankəndi qədim Azərbaycan şəhəridir. Onun təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur. Daha sonra Azərbayca Respublikasının vəsaiti ilə Azərbaycan memarları və inşaatçıları tərəfindən böyük bir şəhər salınmışdır.

30 il ərzində  torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan qabaq Xankəndi işğaldan azad edildi. Bir günlük Antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalgalanır.

Qarabağın azad olunması böyük tarixi hadisədir. Bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı dünya Azərbaycanlıları bu zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər. Xankəndi şəhərində, Xocalıda işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq abadlıq işləri aparılır. Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur.

Başqa şəhərlər kimi bu gün Ağdam şəhəri də yenidən qurulur. Bir necə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinı başlanacaq. Qarabağ-Ordu-Xalq birliyi bizim zəfərimizin əsas mənbəyidir. Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Dörd il bundan qabaq isə bu stationda bəziləri “Qarabağ Ermənistandır “-demişdilər.

İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl–ikinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan bayrağı qaldırıldı. Üç ay bundan əvvəl–sentyabrın 19 və 20-də Xankəndi, Xocalı, Əskəran Xocavənd, Ağdərə rayonları da işğalçlardan azad edildi. Oktyabrın 15 də bu şəhərlərdə Azərbaycan bayrağı ucaldıldı. Noyabrın 8 də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi.

Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq, azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaqlar.  Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!

Əliyev Elçin Əli,
Xəzər rayonu,
26 № li Tam Orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button