Analitika

İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dönəmdə bütün əməli fəaliyyət sahələri inkişafı edib

15.10.2003 ildə keçirilmiş Prezident seçkilərində qədirbilən xalqımız öz dəyərli səsini Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olan güclü dövlətçilik, tam müstəqillik siyasi kursunun davam və inkişaf etdirilməsinə verdi. Haqlı olaraq, bu səs ölkəmizdə siyasi sabitliyin qorunmasına verilmiş səs olaraq da xarakterizə olunur. Həmin taleyüklü seçkidən günlər əvvəlcə Ümummilli liderin Azərbaycan xalqına müraciətindəki sözləri yaxşı xatırlayırıq:

“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu çağırış, qəti əminliyin ifadəsiydi – Ümummilli lider əmin idi ki, İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı, xalqımızın firavanlığı yolunda çox önəmli işlər görəcəkdir. Ümummilli liderin uzaqgörənliyinin, İlham Əliyevlə bağlı inamının təntənəsini yalnız bir örnək əsasında göstərəsi olsaq, elə bilirəm, bu tarixi sözləri xatırlamaq yetərli olar:

“Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!

Gözün aydın olsun Azərbaycan”! – Bu sözlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xalqa 08.11.2020-ci il tarixli müraciətindəndir.

Bəli, Şuşanın işğaldan azad edilməsi fövqəladə önəm daşıyan elə bir tarixi hadisədir ki, bir siyasi və dövlət xadimi üçün, onun rəhbərlik etdiyi dövlət və xalq üçün əvəzsiz, əbədi şərəf-şandır. Çünki söhbət yalnız bir şəhərin azad olunmasından getmir, bir simvol şəhərin, əziz şəhərin azad olunmasından gedir, ata vəsiyyətinin yerinə yetirilməsindən gedir! Və hər kəs bilir ki, Şuşa azad olunan günədək necə mümkünsüz sanılanlar mümkün edilib, necə möcüzələr yaradılıb! Ümummilli lider böyük uzaqgörənlik və inamla gələcəyin belə bir qeyri-adi uğuruna, torpaqlarımızı azad edəcək Ali Baş Komandana səs verməyə çağırırdı. Dövlətcanlı, Vətəncanlı, qədirşünas xalqımız 2003-cü ildə olduğu kimi, sonrakı seçkilərdə də İlham Əliyevə inandı, ona səs verdi və ölkəmiz onun liderliyi ilə inkişaf etdi.

İlham Əliyev dövlət siyasətinin çağdaş modelini yaratdı. – Məntiqi mühaki­mələrə, təfəkkür və dərin təhlilə əsaslanan, milli məqsədlərə xidmət edən qabaqcıl siyasi davranış modelini, siyasi realizmə söykənən fəaliyyət örnəyini, bir sözlə, rasionalizmi respublikamızın siyasi sisteminə məhz o gətirdi. İlham Əliyev öz fəaliyyəti, davranışı ilə Azərbaycan siyasi sisteminə özünəxas kübarlıq, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, bir sözlə, milli siyasi mədəniyyət örnəyi təqdim etdi.

Ayağı altında mina, başı üstündə uçuşan mərmilərə baxmayaraq, “keçilməz Ohonyan xətti”ni keçən, müharibə meydanında bir gün belə geri çəkilməyən, bir nəfəri belə fərarilik etməyən, nəhayət Şuşanı ağır texnika tətbiq etmədən azad edən gənclik Azərbaycan gəncliyidir! Bu xarüqələri yaradan gəncliyi yetişdirmək özü dərin təfəkkür, zehniyyət, dövlətçilik dərrakəsi, səbr və uzaqgörənlik əsəridir! Bu əsərin müəllifi İlham Əliyevdir! Ümummilli liderin öyüdlərini yerinə yetirən İlham Əliyev milli ləyaqəti, milli qüruru uğurlarımızın əsas şərtlərinə çevirdi. “Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq”! – Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu sözləri 2022-ci il iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcərə səfəri çərçivəsində Komando hərbi hissəsinin açılışında deyib. – Bu cümlədəki sözlərin ifadəsi belə İlham Əliyevin rəhbərliyi ilə görülmüş işləri, keçilmiş yolu və gələcək hədəflərimizi göstərməkdədir: Müzəffər Ali Baş Komandan, Kəlbəcərə səfər, Komando hərbi hissəsinin açılışı!..

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. – Bu, Prezident İlham Əliyevin məşhur kəlamlarındandır. Bəli, iqtisadi tərəqqi, insanların sosial rifah halının yüksəldilməsi məqsədi ilə Prezidentin şəxsən təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir və heç şübhəsiz, bundan sonra da göstərəcəkdir.

İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dönəmdə bütün əməli fəaliyyət sahələri inkişafı edib. Prezidentin rəhbərliyi ilə həyata keçirilmiş geniş­miqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar, üfüqügeniş çalışmalar sonucunda respublikamız siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi halına gəlib. İrimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəb­büskarı, fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilmə­sində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, önəmli tranzit qovşağı – bunlar ölkəmizin İlham Əliyevin başçılığı ilə əldə etdiyi nailiyyətlərdir.

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev daim sadə insanların yanında olur, öz həyatındakı sevincli, əlamətdar günləri xalqla bölüşür. İctimaiyyətimizə bəlli olduğu kimi, Prezident Əliyev özəlliklə ad günlərində sosial obyektlərin açılışında iştirak edib, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşüb. Dövlət başçısının belə əlamətdar günlərdə şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışında, eləcə də, yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşdüyünü yaxşı xatırlayırıq. 50 illik əlamətdar yubileyini məcburi köçkünlərlə birgə Ağcabədidə qeyd edən Prezident, 60 illik yubileyini də Şuşada qeyd etdi.

8 noyabr 2023-cü il tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan möhtəşəm hərbi paradda Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışını yada salaq.”Bir dəfə demişdim ki,Şuşasız bizim işimiz yarımçıq olacaq.Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz və Xocalısız bizim işimiz yarımçıq olacaq.Üç il əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm,tarix göstərdi ki,nə qədər düzgün addım idi.Ancaq o gündən, bax bu günə qədər- sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki,Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin.Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə,Xocalıda və Xankəndində mən Azərbaycan Bayrağını qaldırdım.Bundan böyük xoşbəxtlik ola bilməz- mənim üçün, həm Sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün Dünya Azərbaycanlıları üçün.”

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2024-cü il fevral ayının 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar,200 ildən sonra bizlərə, Türk Dünyasına qələbə sevinci yaşadan,hər sözü imza olan,torpaqlarımızı işğaldan azad edən,verdiyi bütün vədləri yerinə yetirən
Cənab İlham Əliyevin namizədliyi barədə qərarı bütövlükdə Azərbaycan xalqının iradəsinin təcəssümüdür.

Ələfsərova Həmidə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button