Analitika

İqtisadi əlaqələr güclənir

Son illər Serbiya –Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə iki dövlət arasında əlaqələrin inkişafina xidmət etməkdədir. İmzalanmış strateji tərəfdaşlıq haqqında bəyənnamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir.

Azərbaycan və Bolqarıstanı bir-birinə strateji tərəfdaşlıq sazişi bağlayır. Demək olar ki, münasibətlərimiz çox dinamik dostluq və tərəfdaşlıq üzərində qurulub. Bu istiqamətdə Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımız 8 ölkəyə ixrac edilir. Serbiya bu baxımdan 9 cu ölkədir. Bunlardan 7 si avropa ölkəsidir.  Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə anlaşma memorandum imzalanmışdı. Bu sənədə görə Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Bu il 12 milyard kubmetr Avropaya qaz ixrac edilməsi nəzərdə tutulmuşdur.

Bakı-Tbiisi-Ceyhan, Bakı–Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizi və Qara dənizin bazarlarına çatdırır.  Uzunluğu 3500  km olan Cənub qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhvə verir. Ölkəmizin Bolqarıstana qaz təhcizatı iki il bundan qabaq başlayıb. 2021-ci ildə 270 milyon kub.m.qaz təhciz edilmişdir. Keçən il 500 milyon kub m.dən bir qədər çox. Bu il bu rəqəmin 1 milyard kub m yaxın olması gözlənilir.

Azərbaycan sözün əsl mənasında etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir. Məhz bu cür qurulan əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq eyni zamanda genişmiqyaslı regional əməkdaşlığına zəmin yaradır. Xəzər dənizi ,Qara dəniz ,Aralıq dənizi Avropa məkanı və Azərbaycan Avropa İttifaqı əlaqələri bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük.

Bolqarıstan Prezidenti Rumen Radevinin çıxışında Azərbaycan ilə əlaqədar səsləndirilmiş vacib mesajlar aşağıdakılar oldu.:

-Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan Serbiya İnterkonnektoru yalnız ifrastruktur layihəsi deyil. O bizim ölkələrimizin artan texnoloji imkanlarının ,həmçinin Serbiya,Bolqarıstan ,o cümlədən Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir.

Bu gün bizim layihəmiz Avropanın enerji xəritəsini dəyişdirir. Mühum  İnterkonnektor yalnız bizim  üçün deyil bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir. İnteronnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim 10 il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkür etmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki,10 il öncə mühüm dəyişikliklər olmuşdur. Mən Avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz Azərbaycandan Mərkəzi və Şərqi Avropaya qazın ən sürətli və ucuz nəqlinə nail olmaq üçün şəbəkələrimizi birləşdirmək məqsədi qazanırıq deyə O çıxışında bildirib.

Əliyev Elçin,
Xəzər rayonu,
26 saylı tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button