Analitika

Üç il əvvəl qazandığımız Qələbə bügündə dünyada müzakirə olunur

Üç il əvvəl qazandığımız Qələbə bügündə dünyada müzakirə olunur. Artıq sülhə ümidi tükənmiş xalqımız torpaqları geri qaytarmağın başqa yolunu görmürdü. Azərbaycanın müraciətləri və bəyanatları lazımi şəkildə dəyərləndirilmirdi. Cənab Prezident hər dəfə xalq ilə görüşlərində bu günün çox yaxında olduğunu bilirir, xalq isə öz növbəsində Prezidentinin arxasında olduğunu hiss elətdirirdi. Və budur, o böyük gün gəldi, döyüş əmri verildi. 44 gün davam edən əks-hücum əməliyyatı Azərbaycanın Qələbəsi ilə başa çatdı.

Sayca 44 gün olsa da, 30 ilə yaxın bir dövr dayanır bu Qələbənin arxasında. Təbii ki, elə də olmalı idi. Uzun çəkə bilməzdi. Çünki bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qüsursuz şəkildə işlənilmiş Qələbə planı Ali Baş Komandanımız tərəfindən daha da mükəmməlləşdirilərək tətbiq edilmişdi. Bu illər ərzində biz Ordumuzu qurduq, digər çoxsaylı təhlükəsizlik infrastrukturu yaratdıq və hərbçilərimiz üçün çoxlu təlimlər təşkil etdik. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmadı.

Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük. Beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin. 30 il ərzində doğma evlərindən məhrum edilmiş insanlar haqqlı olaraq artıq öz yurduna qayıtmaq istəyirdilər. Biz onları bu haqqdan məhrum edə bilməzdik. Əraziləri azad etmək Prezident İlham Əliyevin siyasi həyatının əsas məqsədini təşkil edirdi və bu məqsədlərə nail Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var.

Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif etdi. Bununlada Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirdi. Bunun nəticəsidir ki, 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan indi “Qarabağ Azərbaycandır” deyir. Artıq Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, arxasında kimin durmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik.

Bugün bizim nəhəng enerji ehtiyatlarımız var ki, əslində bu, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Neft və qaz layihələri tamamlananda, yaşıl hidrogen və yaşıl enerji layihələrinə start verdikdən sonra, Avropaya nəqletmə və ixrac imkanları, həmçinin Mərkəzi Asiya ilə potensial bağlantı imkanları daha da artacaqdır. Ölkəmizin daxili vəziyyəti xarici amillərdən asılı deyil. Buna baxmayaraq, sərhədlərimizin xaricində olan vəziyyət həmişə ciddi narahatlıq doğuran bir məsələdir. Lakin müasir texnologiya, qurduğumuz donanma ilə bu bizim üçün maneə olmayacaqdır.

Əliyeva Günel,
Xəzər rayonu, 183 saylı orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button