Bütövləşən Azərbaycanın ilk Prezident seçkisi
Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün Azərbaycan ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsinndə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin göstəricisidir.
7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezidenr seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi, üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xoçalıda, Laçinda, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayınlarda şərəflə dalğalandı. Dünyada növbədənkənar seçkilər keçirilməsi təcrübəsi var. Növbəti seçkilər bəzi hallarda misal üçün (hərbi və fövqəlqdə vəziyyətlərdə) təxirə salınır, bəzi hallarda isə vaxtindan əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtindan əvvəl ifadə edəcəklər. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib.
“Qarabağ Azərbaycandır” süarı dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbətdə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.
Regionda tam müstəqil bir ölkənin olmasını, Azəbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir.
Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən geç olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqlara malikdirlər və bərabər öhtəliklər daşıyır, namizədlərin hamisina seçkiqabağı fəaliyyəti üçün bərabər şərait təyin edilir, o cümlədən təşviqat aparmaq üçün mediyadan bərabər istifadə şərtləri müəyyənləşdirilir.
Nəzərə alinmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması presesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edilməsinin bariz nümunəsidir.
Bu mənada seçkilərin keçirilməısi iıə bağlı olan istənilən narazıçılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərlənditilməlidir.
Öz qərəzli ritorikalarında daim seçki tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır.
“Siyasi partiyalar haqqında” yeni qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Bütün etibarını itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə mövbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Biz inanırıq ki, bu dəfəki seçkilər də yüksək fəallıq, aşkarlıq, demokratik prinsiplər əsasında ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək, Azərbaycanın daxilində sabitliyi təmin etməklə yanaşı onun beynəlxlq nüfuzunu da daha da artıracaq.
Əliyev Elçin,
Xəzər rayonu, 26№li tam orta məktəbin müəllimi



