Analitika

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi

Partiyanın yaranışı tarixi hadisə idi. O  vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır  keçmişdir, bəzi  hallarda  xalqımız  böyük  faciələrlə  üzləşmişdir. Belə  bir  vəziyyətdə   Azərbaycanın  görkəmli  nümayəndələri, vətənpərvər  insanlar,  ölkənin  gələcəyini  düşünən  insanlar   ölkəmizin  nicat  yolunu  Heydər  Əliyevin  simasında  görürdülər  və  məhz  buna  görə  Ulu  Öndər  müraciət   ünvanlamışdılar.  Bu  müraciəti  ünvanlayan  məşhur   “91-lər” öz  tarixi  missiyasını  şərəflə  yerinə  yetirdilər. Çünki  məhz  bu  müraciət  əsasında, bu  müraciətə  cavab  olaraq  Yeni  Azərbaycan  Partiyasının   təsis  konfransı  Naxçıvanda  keçirilmişdir.  Ulu  Öndərin  sədrliyi  ilə  keçirilmiş  bu  konfransdan  sonra  ölkəmizdə   yeni  siyasi  qüvvə  yaranmışdır. Yeni  Azərbaycan  Partiyası  yarananda  müxalifət  partiyası  kimi  yaranmışdır  və  dövlətin  ağır  problemlərinin, yükünün  bir  hissəsini  öz  üzərinə götürmək  böyük  məsuliyyət  tələb  edən  addım  idi.

Yəni, demokratik  dəyərlər   elan  olunsa  da, Azərbaycan  xalqı  faktiki  olaraq  həyatda  bunun  əksini  görürdü. Media  azadlığı  yox  idi, iqtisadiyyat  çox  ağır  vəziyyətdə   idi, insanların  sosial  vəziyyəti   gündən-günə  ağırlaşırdı,  yoxdulluq  təxminən  90% çatmışdı, sənaye  istehsalı  iflic  vəziyyətdə  idi. Nizami  ordu  yaradılmamışdı.

Əlbəttə  ki, torpaqlarımızın  işğal  altına  düşməsi  vəziyyətimizi  daha  da  ağırlaşdırırdı. 1992- ci  ilin  may  ayında  Şuşa  və  Laçının  işğal  altına  düşməsi  həm  mənəvi   cəhətdən,  eyni  zamanda, hərbi- strateji  nöqteyi- nəzərdən  böyük  faciə  idi. 1993-cü  ilin  aprelində   Kəlbəcər  də  işğal  altına  düşdü və beləliklə, ərazimizin  böyük  hissəsi  nəzarətimizdən  çıxmışdı.

Heydər  Əliyev  cəmiyyətdə inam  çox  yüksək   səviyyədə  idi.  Bu  inamın  əsas  səbəbləri  o  idi  ki, Azərbaycanda  işlədiyi  dövrdə  o  həmişə  xalqa  xidmət  edirdi, həmişə  xalqın  birlikdə  idi, bir  yerdə  idi. Naxçıvanda   çalışdığı  müstəqilliyə   doğru  atılan  addımlar,  o  cümlədən  Azərbaycan  Demokratik  Respublikasının  Dövlət   Bayrağının   Naxçıvanda   rəsmi  bayraq  kimi  təsis  edilməsi   və  digər  addımlar,  həmçinin  Naxçıvanın  erməni  işğalından  qorunması  xalqın  ona  inamını  daha  da  artırırdı  və  bütün  bu  amillər  nəticədə  xalqımızın  müdrikliyinə   əsaslanaraq  gələcəkdə   Azərbaycanı  böyük  bəlalardan  qurtara  bilmişdir. YAP- ın  təsis  konfransından  yeddi  ay  keçəndən  sonra  Heydər  Əliyev   xalqın  tələbi  ilə  Bakıya  dəvət  edildi,  parlamentin  sədri  seçildi, 11  ay  keçəndən  sonra  oktyabr  ayında  isə  Azərbaycan  Respublikasının  Prezidenti   seçildi. Beləliklə, tariximizin  o qara  səhifəsi  bağlanmışdır. Heydər  Əliyev  hakimiyyətə  gələnə  qədər  Azərbaycan  artıq  müstəqil  dövlət  idi, amma  bizim  Konstitusiyamız   yox  idi. Konstitusiyanın  qəbul  edilməsi  çox  önəmli  tarixi  hadisədir. Biz   Ulu  Öndərin  rəhbərliyi   ilə  çox  ciddi  iqtisadi  islahatlara  start  verdik. İqtisadiyyatın  bazar   iqtisadiyyatı  prinsipləri  əsasında  qurulması  məhz  o  illərdə  öz  əksini  tapmışdır.

Bu gün bütün  Azərbaycan  xalqı  Ordumuzla fəxr  edir. Azərbaycan  dövləti  Ulu   Öndərin  bizə  etdiyi  vəziyyət  əsasında  milli- mənəvi  dəyərlər  üzərində  qurulur,  inkişaf  edir. Azərbaycan  dəyərləri  bizim  üçün  əsas  dəyərlərdir.  Azərbaycanda  bütün  xalqlar  bir  ailə  kimi  yaşayır, bu  da  Ulu  Öndərin  siyasəti  idi.  İkinci  Qarabağ  müharibəsi  bunu  bir  daha  göstərdi.  Azərbaycanda  yaşayan  bütün  xalqların  nümayəndələrinin  hamısı  bir  nəfər  kimi  ölümə  getməyə  hazır  idi, ölümə  gedirdi, azad  edilmiş  torpaqlarda  bayrağımızı  qaldırırdı. Bu,  bizim  böyük  üstünlüyümüzdür.

İndi isə qurub- yaradırıq, Qarabağı, Şərgi  Zəngəzuru  yenidən  qururuq. Həyatımızda  və  ölkəmizin  həyatında  tamamilə  yeni  dövrdür.  Bu  quruculuq  işlərində  hər  birimiz  böyük  həvəslə,  bir  məqsədlə  iştirak  edirik  ki, keçmiş  köçkünləri  tezliklə  öz  dədə- baba  torpaqlarına  qaytaraq, dağılmış  şəhər  və  kəndləri  tezliklə   bərpa  edək  və  bütün  dünyaya  bir  daha  göstərək  ki, biz  böyük  xalqıq. Bu  gün  nəinki  Azərbaycan  vətəndaşları, bütün  dünya   azərbaycanlıları  başını  dik  tutub.Bizim  üzümüz   ağdır, alnımız  açıqdır. Biz  müzəffər  xalqıq, qalib  dövlətik   və  bu  əbədi  olacaq!

Nəsirova  Ofelya,
KBTRL- nin tarix müəlliməsi

Oxşar Xəbərlər

Back to top button