Analitika

Azərbaycan xalqının mübarizəsi tarixin hər bir dövründə müsbət çalarları ilə formalaşmış, zənginliyi ilə yeni dəyərlər yaratmışdır

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Qüdrətli, müstəqil Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində 1993-cü il Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız indi azaddır. Bütün təzyiqlər, çətinliklər və məcburiyyətdən yaxa qurtarmaq nə qədər çətin olsa da, tarixi kökə bağlılıq, mütərəqqi islahatlara can atmaq baxımından Azərbaycan xalqının mübarizəsi tarixin hər bir dövründə müsbət çalarları ilə formalaşmış, zənginliyi ilə yeni dəyərlər yaratmışdır. Məhz ulu öndərin böyük uzaqgörənliyi sayəsində bu gün ölkə Prezidenti İlham Əliyev öz komandası ilə Azərbaycan dövlətini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq və bu inkişafı davamlı inkişafa çevirmək istiqamətində kompleks tədbirlər həyata keçirir.Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Ümumilikdə neft strategiyası ilə sürət götürən Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası sonrakı illərdə daha genişmiqyaslı formada davam etdirildi.Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş – “Əsrin müqaviləsi” imzalanıb.Dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib. “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq edib. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açılıb.

İşğala məruz qalmış digər rayonlar 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad olundu. Ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin gedişi ilə tanış olduqca böyük sevinc hisslərini yaşayırıq, keçmiş məcburi köçkünlərə xüsusi həssaslıqla yanaşılaraq onların ləyaqətli qayıdışının şahidi oluruq. Əlbəttə ki, bu xüsusi qürurverici haldır və uzunmüddətli strategiyanın həyata keçirilməsində uğurlu başlanğıcı təsdiq edir. İndi Qarabağımız əsl sahiblərinə qucaq açmışdır. Lakin aktual olaraq qalan və hələ də tam qayıdışa əngəl yaradan problemlərdən biri də işğala məruz qalmış ərazilərimizdə Ermənistan dövləti tərəfindən torpaqlarda çirkli ərazilərin yaradılması və minalardan təmizlənməmiş ərazilərin mövcudluğudur. Digər tərəfdən Ermənistan, Rusiya və Azərbaycan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli sazişin tələblərinin tam mənada yerinə yetirilməməsi mövcud çətinliklərin hələ də qaldığını təsdiq edir. “Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib.

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button