Analitika

Azərbaycan ordusunun igid əsgəri

Azərbaycan əsgəri 44 günlük haqq savaşını Böyük Qələbə ilə tamamladı və bu tarix qəhrəmanlıq salnaməsi oldu. Ordumuzun şəxsi heyəti polad iradəsi, yüksək döyüş ruhu ilə qazandığı Zəfər nəticəsində təkcə regiona deyil, dünyaya vətənpərvərlik nümunəsini nümayiş etdirdi. Vətən savaşında vaxt-vədəsindən, ərazinin relyefindən, hava şəraitindən asılı olmayaraq hər bir döyüşçü şanlı tarixin qazanılmasında pay sahibidir. Qısa müddətdə döyüş meydanında böyük uğur qazanan rəşadətli ordumuz ərazi bütövlüyümüzü təmin etdi, şəhidlərimizin qisasını aldı.

İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir.Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş.

Vətənin keşiyində ayıq-sayıq və məğrur dayanan oğulların şücaətini 44 günlük Vətən müharibəsində hər kəs gördü. Bu, uşaqkən nağıllarda oxuduğumuz, öyrəndiyimiz qəhrəmanlar deyildi. Hələ illərlə bəhs edəcəyimiz, şəninə nəğmələr qoşacağımız, hekayələr, dastanlar yazacağımız qəhrəmanlar. Öz canları bahasına irəli gedən, ölümün gözünə dik baxan oğullar. Müharibə meydanında “Vətən yaxşıdır” mahnısını oxuyan, yüksək döyüş qabiliyyəti nümayiş etdirən və dillərdə dastan olan oğullar.

Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. Əsgəri irəli aparan bu güc idisə, digər tərəfdən də xalqın iradəsi və əzmi idi. Xalq-ordu birliyi qələbənin təmin edilməsində mühüm rol oynadı. Ali Baş Komandanın qətiyyətli mövqeyi müharibəni zəfərlə başa vurmağımıza əsas oldu.

Azərbaycan, istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu. Qürurverici haldır ki, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır.

Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusunda isə belə hal aşkarlanmayıb.

Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, – deyə vurğulayıb.
Bu gün hər bir azərbaycanlı qürurla “Qarabağ Azərbaycandır” deyir. Qalib ordumuz öz torpaqlarını düşməndən təmizləmək üçün haqq savaşında qalib gəldi.

Mətanət Cəfərova,
YAP-ın fəalı.

Oxşar Xəbərlər

Back to top button