Daim operativ informasiya mübadiləsi aparmaq zəruridir
Sovetlər birliyi dağıldlqdan sonra keçmiş ittifaq üzvləri, aralarında olan iqtisadi, siyasi, təhlükəsizlik kimi məsələləri həll etmək üçün mütəmadi olaraq görüşürlər. 1993-cü ildən Azərbaycan da bu təşkilatın üzvüdür və zaman keçdikcə bu və ya digər məsələlərlə əlaqədar təşkilat üzvləri görüşlər keçirirlər. Bütün istiqamətlər üzrə təhlükəsizliyin möhkəmləndirilməsi üzrə təmaslar mövcuddur. Təəsüf ki, dünyada qeyri sabitlik ocaqları artır. Ona görə daim informasiya mübadiləsi aparmaq vacibdir. Ölkələrimizin yerləşdiyi bölgələrdə ictimai siyasi sabitlik mövcuddur və bunu görmək çox sevindiricidir. Hazırda keçirilən 3 tədbir nəticəsində Azərbaycan suverenliyini bərpa edə bildi və respublikamız üçün daxildə heç bir təhlükə yoxdur. Bu vəziyyət bütün region üçün önəmlidir.
Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ anlayışı heç vaxt mövcud olmayıb. Qarabağ xanlığı olub. 1805 ci ildə Qarabağ xanllğı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən xanlıq Rusiya himayəsini qəbul edib. Bu müqavilədə erməni xalqı və ya onların hər hansı bir statisi haqqında heç bir müddəa yoxdur. Bu ola da bilməzdi, cünki ermənilərin bu əraziyə köcürülməsi daha sonralar olmuşdur. 1813 cü ildə Gülüstan, 1828 ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan xanlıqları işğal olunmuşlar. Ermənilərin Qarabağ bölgəsinə kütləvi köcürülməsi isə İran və Şərqi Anadolu ərazisindən baş verdi. Azərbaycanın sovetləşdiyi dövrdə isə sovet rəhbərliyi burada Dağlıq Qarabağ Muxtar Vilayəti yaratmaq qərarına gəldi. Bu tam yüz il bundan qabaq baş verdi. O dövrdə bölgənin etnik tərkibi ermənilərin xeyrinə bir qədər dəyişmişdi.Nəhayət sovetlərin dağılması zamanında mərkəzdənqacma meyilləri başladı. Bu zaman ermənilər bir sıra terror təşkilatları düzəldərək əhaliyə təsir göstərməyə, onları zorla köcürməyə məcbur etdilər. Sovet rəhbərliyi isə bütün bu olanlara lazımi qiymət vermir, bir çox hallarda separatçıları dəstəkləyirdi. Daha sonra tədricən Qarabağ bölgəsi, və Qarabağa aid olmayan 7 rayon işğal olundu. Bir milyondan artıq soydaşımız qaçqın vəziyyətinə düşdü. Minlərlə insan şəhid oldu, yaralandı, şikəst oldu. Və bu proses 2020 ci ilin payızına qədər belə olaraq qaldı.
Münaqişə ilə bağlı ATƏT in səyləri heç bir nəticə vermədi. BMT təşkilatının işğal olunan torpaqardan ermənilərin silahlı qüvvələrinin dərhal çıxarılması ilə əlaqədar 4 qətnaməyə əməl olunmadı. Beləlikıə demək olar ki bu beynəlxalq təşkilatlar özlərini doğrultmadılar. Və bu təşkilatlarda dəyişikliyin olması vacibdir. Nəticədə ikinci Qarabağ müharibəsi baş verdi. Bu Ermənistan ordusunun darmadağın olması ilə nəticələndi. Sonra 3 tərəfli bəyanat imzalandı.
Ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik.Lakin təəssüf ki,belə olmadı.Müharibədən sonra da vətəndaşlarımız həlak olmaqda davam edirdilər. Ermənistanın ikiüzlü siyasətinin kulminasiya nöqtəsi sentyabrın 2-də qondarma Qarabağ respublikasının ildönümü ilə bağlı bölgəyə təbrik məktubu göndərməsi oldu. Bu qırmızı xətti keçmək demək idi. Belə vəziyyətə artıq dözmək olmazdı. Beləliklə sentyabrın 19 da Azərbaycanın antiterror əməliyyatlarına başlamasına başqa seçim yolu qalmadı. Görülən tədbirlər nəticəsində erməni ordusunun qalıqları tam zərərsizləşdirildi və suveren hüquqlarını Azərbaycan bütün ərazilərində bərpa etdi. Əməliyyatlar dövründə ikinci Qarabağ müharibəsi dövründə Azərbaycan bütün humaniyar normalara riayət edib.
Ancaq erməni havadarları Azərbaycanı beynəlxalq normaları pozmaqda, insan hüquqlarını pozmaqda ittiham edir. Bunlardan başlıçası da Fransadır. Sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Fransa bəyan edir ki, güya Azərbaycan beynəlxalq normaları pozub. Bütün bunlar gülüş doğurur. Beynəlxalq hüquq normalarını pozan isə Ermənistandır. Digər tərəfdən Fransa vaxtilə milyon yarım əlcəzairliyə qarşı soyqırımları törətmiş, müstəmləkəcilik iddialarından əl cəkməmişdir.
Bütün oyunlara son qoyulmalı, sülh imzalanmalıdır. Ermənistan baş naziri 6 saat Azərbaycansız güya Azərbaycan məsələsini müzakirə etmək üçün Qranadaya ucur, amma iki-üç saatlıq Bişkekə gələ bilmir ki, güya vacib işləri var.B iz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Sülh müqavilələrinin bağlanması ilə bağlı bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcəkdir deyə cənap Prezident çıxışında vurğulamışdır.
Əliyev Elçin,
Xəzər rayonu, 26№li tam orta məktəbin müəllimi



