Analitika

Dayanıqlı inkişafı təmin edən layihələr

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. 8 komitədən ibarət olan İƏT-in Nazirlər Şurası ən azı ildə bir dəfə yığıncaq keçirir. İƏT-ə sədrliyi çərçivəsində Xarici İşlər Nazirliyinin 27-ci iclasının oktyabrın 10-da Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərində keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir.

İclas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətinin oxunması ilə öz işinə başlayıb. Müraciətində Prezident İlham Əliyev Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu və təşkilata üzv dövlətlərlə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. Bir neçə gün öncə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə təşəkkürünü bildirib.

Həmçinin, müraciətdə ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl Keçid və qarşılıqlı Əlaqəlilik “olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Prezident İlham Əliyev məktubunda bildirib ki, Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar kimi” müəyyən edilməsi hazırki dövrdə xüsusi aktuallıq kəsb edir. Dekorbanlaşma, ”yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər”, ”ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.

İlham Əliyev Nazirlər Şurasının üzvlərinə Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşunu bərpa etməsi ilə əlaqədar olaraq xalqımızın sevinc və qürur hissi yaşadığını bildirmişdir. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılmasının, seperatizmə son qoyulmasının beynəlxalq hüququn və ədalətin təntənəsi olduğunu vurğulamışdır. Eyni zamanda o, Azərbaycanın etibarlı tranzit ölkə olduğunu və bizim nəqliyyat-loqistika infrastrukturumuzun bütün İƏT ölkələri üçün açıq olduğunu bildirib. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara təlabatın artdığini nəzərə alaraq Bakı–Tibilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəflədiyimizi qeyd edib.

Müraciətdə İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunduğu bildirilmişdir. Azərbaycanın, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışdığı vurğulanıb.

Sonda Prezident İlham Əliyev bu görüşün ölkələrimizin və bütövlüklə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları yaradacağına əminliyini bildirib.

Leyla Sahibova,
Xəzər rayonu, 322 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button