AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Əbədi Zəfərin Dağlarda Yazılan Dastanı

25 noyabr 2020-ci il tarixi Kəlbəcərin taleyində dönüş nöqtəsi, xalqımızın yenilməz iradəsinin dağlarda yazılan möhtəşəm dastanıdır. İyirmi yeddi il davam edən ağır həsrətə və ədalətsizliyə son qoyulan bu gün, Azərbaycanın gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Uca zirvələrdə dalğalanan üçrəngli bayrağımız ərazi bütövlüyümüzün və suverenliyimizin sarsılmaz rəmzinə çevrildi.

Bu gün Kəlbəcər keçmişin yaralarını sağaldaraq sürətli dirçəliş və böyük quruculuq dövrünü yaşayır. Dağların qoynunda salınan müasir yollar, tunellər, yenidən qurulan kəndlər və doğma ocağına dönən ailələr bu torpağın yeni, işıqlı tarixini yazırlar. Hər bir yeni tikili və canlanan hər bir məhəllə gələcəyə olan sarsılmaz inamın canlı təzahürüdür.

Kəlbəcərin azad olunması sadəcə bir coğrafi ərazinin geri qaytarılması deyil, həm də milli ruhumuzun, tarixi ədalətin və mənəvi dəyərlərimizin tam bərpasıdır. Bu müqəddəs torpaqlar bir daha heç vaxt işğal acısı yaşamayacaq, daim əmin-amanlıq, sülh və tərəqqi içində inkişaf edəcəkdir.

Zirvələrdən boylanan azadlıq günəşi Kəlbəcərin əbədi səadətinin müjdəçisidir. Bu gözəl diyar gələcək nəsillərə azad, abad və firavan şəkildə əmanət edilir. Kəlbəcər əbədi olaraq bizimdir və Azərbaycanla birlikdə daim ucalacaqdır!

Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button