
İqtisadiyyatın biliklərə əsaslanan inkişaf modelinə keçidində və innovativ həllərin yaradılmasında elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi mühüm rol oynayır. Yeni Azərbaycan Partiyası elmi tədqiqatların maliyyələşdirilməsinin təkmilləşdirilməsini, laboratoriyaların müasir avadanlıqlarla təchiz olunmasını və elmi nəticələrin iqtisadiyyata tətbiqini dəstəkləyir. Elmi potensialın gücləndirilməsi ölkənin strateji inkişafının əsas dayaqlarından biridir.
Gənc alimlərin elmi fəaliyyətə cəlb olunması, beynəlxalq elmi layihələrdə iştirakın genişləndirilməsi və elmi nəşrlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər elmi mühitin canlanmasına xidmət edir. Yeni Azərbaycan Partiyası alim və tədqiqatçıların ictimai-siyasi həyatda və dövlət proqramlarının elmi əsaslandırılmasında fəal iştirakını təşviq edir. Elmi biliklərin idarəetmədə tətbiqi qərarların səmərəliliyini artırır.
Təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində aparılan tədqiqatların milli maraqlara və müasir dövrün çağırışlarına uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Partiya təşkilatları elmi-praktik konfranslar və seminarlar vasitəsilə elmi nailiyyətlərin cəmiyyətdə təbliğinə dəstək verir. Bu əməkdaşlıq elmlə cəmiyyət arasında əlaqələri gücləndirir.
Otuz dörd il ərzində elmin inkişafına və intellektual potensialın qorunmasına önəm verən Yeni Azərbaycan Partiyası elmi-tədqiqat sahəsinin modernləşdirilməsini tərəqqinin mühüm amili sayır. Partiya bundan sonra da elmi araşdırmaların dəstəklənməsi və innovativ elmi mühitin formalaşdırılması siyasətini dəstəkləyəcəkdir. Elm və innovasiya dayanıqlı tərəqqinin rəhnidir.
Lətifə Əlizadə,
YAP Nizami rayon təşkilatının fəalı



