Qalib xalqın qurucu əzmi: Ağdamın parlaq gələcəyi

Ağdamın işğaldan azad olunması tarixi ədalətin bərpası, bu gün aparılan möhtəşəm quruculuq işləri isə Azərbaycan xalqının yaradıcı gücünün təntənəsidir. Bir neçə il əvvəl xarabalıqları ilə ürək ağrıdan bu torpaq bu gün nəhəng tikinti meydançasına və sürətlə inkişaf edən müasir şəhərə çevrilib.
Dövlətimizin iqtisadi gücü, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və xalqımızın birliyi sayəsində Ağdam ən qısa zamanda dünyanın ən abad və müasir şəhərləri sırasına daxil olacaq. Burada yaradılan hər bir infrastruktur obyekti gələcək nəsillərə əmanət edilən böyük bir sərvətdir.
Ağdamın dirçəlişi Azərbaycanın əbədi müstəqilliyinin, gücünün və sülhsevər quruculuq siyasətinin parlaq rəmzidir. Doğma yurduna qayıdan hər bir vətəndaşın xoşbəxtliyi bu şanlı tarixin ən gözəl nəticəsidir.
Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı



