AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdam Dövlət Dram Teatrının yenidən qurulması: Səhnə sənətinin dirçəlişi

1937-ci ildə əsası qoyulan Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı Azərbaycan teatr sənətinin inkişafında müstəsna rol oynayıb. İşğal illərində teatrın binası erməni vandalları tərəfindən dağıdılsa da, kollektiv məcburi köçkünlük şəraitində fəaliyyətini dayandırmayaraq sənət ənənələrini yaşatdı.

Ağdamın işğaldan azad olunması teatr kollektivinin öz doğma səhnəsinə qayıtması üçün yeni ümidlər yaratdı. Şəhərin Baş Planına uyğun olaraq müasir memarlıq üslubunda və ən son səhnə texnologiyaları ilə təchiz olunmuş yeni teatr binasının inşası nəzərdə tutulub.

Teatrın öz doğma şəhərində pərdələrini yenidən açması Ağdamın mədəni həyatında tarixi hadisə olacaq. Səhnə sənətinin dirçəlişi sakinlərin mənəvi zənginliyinə və mədəni istirahətinə mühüm töhfə verəcək.

Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button