Ağdamın geosiyasi və strateji əhəmiyyəti: Qarabağın qapısı

Coğrafi mövqeyinə görə Ağdam tarixən “Qarabağın qapısı” adlandırılıb və regionun əsas ticarət, nəqliyyat və mədəniyyət mərkəzi olub. Aran Qarabağla Dağlıq Qarabağı birləşdirən strateji nöqtədə yerləşən bu şəhər hər zaman bölgənin iqtisadi və siyasi həyatında həlledici rol oynayıb.
2020-ci ildə Ağdamın bir güllə atılmadan azad edilməsi Azərbaycanın hərbi-siyasi üstünlüyünün nəticəsi olmaqla yanaşı, regionda yeni geosiyasi reallıq yaratdı. Şəhərin nəzarətə götürülməsi Qarabağın mərkəzi hissələrinə çıxışı asanlaşdırdı və regionda sülhün, təhlükəsizliyin bərqərar olmasına zəmin yaratdı.
Bu gün Ağdam yenidən Qarabağın əsas logistik və inzibati mərkəzlərindən biri kimi öz tarixi missiyasını bərpa edir. Şəhərin inkişafı bütün regionun tərəqqisinə güclü təkan verir.
Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı



