Ağdamın qədim abidələri: Qutlu Musa türbəsi və tarixi irs

Ağdam rayonu təkcə yaxın tarixin deyil, həm də orta əsrlərin zəngin memarlıq abidələrinə ev sahibliyi edir. Xaçındərbənd kəndində yerləşən və 1314-cü ildə inşa edilmiş Qutlu Musa türbəsi Azərbaycan memarlıq məktəbinin nadir nümunələrindən biridir. İşğal illərində bu abidə də baxımsızlıqdan və vandalizmdən ciddi zərər görmüşdü.
Azadlıqdan sonra rayon ərazisindəki bütün tarixi-mədəni abidələrin inventarlaşdırılması və bərpası prosesinə başlanıldı. Qutlu Musa türbəsi, Kəngərli kəndindəki tarixi abidələr və qədim məscidlər dövlət tərəfindən mühafizəyə götürülərək bərpa edilir. Bu abidələr ərazinin qədim Azərbaycan torpağı olmasının daşlaşmış sübutlarıdır.
Tarixi irsin qorunması və bərpası gələcək nəsillərin öz köklərinə bağlılığını gücləndirir. Eyni zamanda, bu abidələr Ağdama gələn turistlərin böyük marağına səbəb olacaq.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



